Sumqayıt Tibb Mərkəzindən azyaşlının ölümü ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında Mehman Xəlilovun keçdiyi məşq zamanı ağır xəsarət alaraq həyatını itirən 7 yaşlı Fərid Bakarovun ölüm səbəbi məlum olub.
Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən verilən xəbərə görə, daxil olarkən uşağın vəziyyəti həddən artıq ağır qiymətləndirilib.
2016-cı il təvəllüdlü Bakarov Fərid Revaz oğlu 29 aprel 2023-cü il tarixində saat 18:50 radələrində təcili tibbi yardım avtomobili ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib. Xəstə Reanimasiya şöbəsinə yerləşdirilib. Huşu aydın olmayıb.
Baxış zamanı kürək nahiyəsində hər iki aşağı ətraflardan müxtəlif ölçülü qançırlar qeyd olunub. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, xəstədə saat 19:50 radələrində bioloji ölüm baş verib.
Hadisə barədə polisə məlumat verilib. Meyit təşrih üçün Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə göndərilib. Təşrihə göndərilən zaman diaqnoz dəqiqləşməmiş kəllə-beyin travması, dəqiqləşməmiş koma, ürək-damar çatışmazlığı və tənəffüs çatışmazlığı olub.
#Sumqayıt Tibb Mərkəzi teqi istifadə olunub
- Dərmanların keyfiyyətinə kim nəzarət edir? - Sumqayıtdakı hadisənin səbəbi - Baku TV
- Sumqayıtdakı narahatedici hadisə ilə bağlı hansı detallar açıqlandı? - Baku TV
- Antibiotik vurulan 12 uşağın səhhətində ciddi ağırlaşma yaranıb - Baku TV
- Sumqayıtda kütləvi zəhərlənmə | Uşaqlar bir iynəyə görə xəstəxanalıq oldu? - Baku TV
- Saraydakı yanğında xəsarət alan şəxsin ən son vəziyyəti açıqlandı
