Sumqayıtda yararsız halda olan elektrik dirəkləri sakinlərin narazılığına səbəb olub - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərinin Hafiz Baxış küçəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət ediblər.
Onların sözlərinə görə, ərazidəki elektrik dirəklərinin bir neçəsi yararsız vəziyyətdədir və bu, ciddi təhlükə yarada bilər.
“Bir ildir müraciət edirik, istər şifahi, istərsə də ərizə formasında. Amma şikayətimizə baxılmır. Burada elektrik şəbəkəsində yüklənmələr olurdu. Keçən il həmin ərazidə transformator quraşdırıldı, elektrik dirəkləri yeniləndi, xətlər çəkildi və birləşdirildi. Daha sonra xəttdə problem yarandı. Döngə tərəfdə isə rabitə dirəyinin traversi elektrik xəttinə birləşdirilib. Dirək də əyilmiş vəziyyətdədir. Əgər bu dirək aşsa, həm rabitə dirəklərini aşıracaq, həm də elektrik xətlərini zədələyəcək”, – sakinlərdən biri deyib.
Məsələ ilə bağlı “Azərişıq” ASC-dən bildirilib ki, qurum regionlarda olduğu kimi, “Sumqayıt Elektrik Şəbəkəsi”nin ərazisində də əsaslı təmir və yenidənqurma işləri həyata keçirir. Sözgedən küçədə 0,4 kilovoltluq elektrik dayaqları yenilənib, özünü daşıyan izolyasiyalı naqillər çəkilib.
Qeyd olunub ki, 0,4 kilovoltluq elektrik şəbəkəsində yenidənqurma işləri aparılarkən elektrik qurğularının quraşdırılması qaydalarının norma və prinsiplərinə əməl olunub. Qaydalara əsasən, 0,4 kilovoltluq elektrik hava xətlərində dayaqlararası məsafə adətən 30–45 metr təşkil edir.
#Sumqayıt teqi istifadə olunub
- Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI
- Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
