Sumqayıtdakı partlayışın təfərrüatı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yaşayış binasında partlayış baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
İlkin ehtimala görə, partlayış doqquzmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ikiotaqlı mənzildə təmir işləri aparılan zaman təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib.
Hadisə zamanı mənzilin bir otağının döşəməsi qismən yanıb. Zərbənin təsirindən 1 otağın pəncərə çərçivəsi yerindən çıxıb, mənzilə ziyan dəyib.
Mənzilin sahibi 45 yaşlı Vitalik Əliyev və 41 yaşlı Səbinə Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.
Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
#Sumqayıt teqi istifadə olunub
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
- Yataqxana sakini gözyaşı tökdü | “Yoldaşımın ayağı yoxdur, mən onu haraya aparım?!” - Baku TV
- Fərdi yaşayış evində baş verən hadisə bir ailəni yasa batırdı - Baku TV CANLI
- Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI
