Sürücülərə xəbərdarlıq | Bu küçələrdə dəyişiklik edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən bir yol kəsişməsində və bir küçədə müntəzəm olaraq pik saatlarda yaranan sıxlığın qarşısı alınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Mərkəzin əməkdaşları tərəfindən Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində olan işıqforun iş rejiminə dəyişiklik edilərək əsas istiqamət və piyada vaxtları artırılıb.
Bundan başqa, qəsəbənin Elşən Mehdiyev küçəsindəki işıqforun vaxt planları analiz edilib və iş rejimi günün pik saatlarına uyğun tənzimlənib. Görülən işlər nəticəsində Yavər Əliyev və Elşən Mehdiyev küçələri, həmçinin “Bakıxanov dairəsi”ndə yaranan avtomobil sıxlığının qarşısı alınıb.
#Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi teqi istifadə olunub
- Hövsan yolunda xaos | Əks zolağa çıxan sürücülər hərəkəti iflic etdi - Baku TV
- Yeni tədris ilinə başlayacaq valideynlərə və tələbələrə çağırış - Baku TV
- Nişan və piyada keçidi tıxac yaradır? | Bu yolda niyə işıqfor quraşdırılmır? - Baku TV
- Skuterdən istifadə edənlərin yaratdığı təhlükə | Ekspertlər məsələyə necə yanaşdı? - Baku TV
- "Qayda pozuntuları qəzalara səbəb olur" | NİİM-dən sürücülərə müraciət - Baku TV
