Pleyeri seçin:

Nişan və piyada keçidi tıxac yaradır? | Bu yolda niyə işıqfor quraşdırılmır? - Baku TV

15 avqust 2026 362 baxış

Paytaxtın bəzi küçələrində yerləşən piyada keçidləri günün pik saatlarında uzunmüddətli tıxaclara səbəb olur.

Belə keçidlərdən biri Kövkəb Səfərəliyeva küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində yerləşir. Kövkəb Səfərəliyeva küçəsindən gələn sürücü əvvəlcə piyada keçidində yol verməli, daha sonra STOP nişanına əməl etməli, sağa – Dilarə Əliyeva küçəsinə döndükdən sonra isə yenidən piyada keçidində piyadalara yol verməlidir. Bu isə xüsusilə səhər saat 09:00 radələrində və axşam 18:00-20:00 aralığında ərazidə uzun tıxacların yaranmasına səbəb olur.

Oxşar vəziyyət Neft və Sənaye Universitetinin yaxınlığındakı piyada keçidində də müşahidə olunur. Burada sürücülər keçiddən istifadə edən piyadalara yol verməli olduqları üçün nəqliyyatın hərəkətində ləngimələr yaranır.

Bəs nə üçün belə sıx ərazilərdə piyada keçidləri işıqforla tənzimlənmir?

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, Nəsimi rayonunda Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində işıqfor obyektinin quraşdırılması imkanlarının qiymətləndirilməsi məqsədilə monitorinq aparılıb.

Müəyyən edilib ki, 28 May küçəsindən Kövkəb Səfərəliyeva küçəsi istiqamətində sağa dönən nəqliyyat vasitələri üçün yalnız bir hərəkət zolağı mövcuddur. Bu səbəbdən həmin kəsişmədə işıqforun quraşdırılması nəqliyyat vasitələrinin yığılmasına və hərəkət intensivliyinin artmasına səbəb ola bilər.

Banner
Qanunsuz reseptlər, firma dərmanları | Dərmanların ağ kağıza yazılması hüquqi məsuliyyət yaradır

Qanunsuz reseptlər, firma dərmanları | Dərmanların ağ kağıza yazılması hüquqi məsuliyyət yaradır

Cəmiyyət
17 noyabr 2026 362 baxış
"Varlı oğlan istəyirdim, amma qismət" | Məşhur kadrların qəhrəmanı 30 il sonra nələri etiraf etdi?

"Varlı oğlan istəyirdim, amma qismət" | Məşhur kadrların qəhrəmanı 30 il sonra nələri etiraf etdi?

Cəmiyyət
17 noyabr 2026 362 baxış
Azərbaycanda quş xəstəliklərinə qarşı profilaktik tədbirlər gücləndirilir - ƏSAS XƏBƏR

Azərbaycanda quş xəstəliklərinə qarşı profilaktik tədbirlər gücləndirilir - ƏSAS XƏBƏR

Cəmiyyət
17 noyabr 2026 362 baxış
2027-ci ildə yerli büdcələrin özünü təmin etməsi gözlənilir

2027-ci ildə yerli büdcələrin özünü təmin etməsi gözlənilir

Cəmiyyət
17 noyabr 2026 362 baxış
Xaricdə əmlak almaq investisiya baxımından sərfəlidirmi?

Xaricdə əmlak almaq investisiya baxımından sərfəlidirmi?

Cəmiyyət
17 noyabr 2026 362 baxış
Dini etiqad azadlığı və dövlət qulluğu | Məcəllədəki müddəa niyə təhrif olunur? - Baku TV CANLI

Dini etiqad azadlığı və dövlət qulluğu | Məcəllədəki müddəa niyə təhrif olunur? - Baku TV CANLI

Cəmiyyət
17 noyabr 2026 362 baxış
"6 nəfər 2 otaqda necə yaşasın?" - Qaz xətti qırıldı, ev çökdü - Ağac aşmasında şirkət günahkardır?

"6 nəfər 2 otaqda necə yaşasın?" - Qaz xətti qırıldı, ev çökdü - Ağac aşmasında şirkət günahkardır?

Cəmiyyət
17 noyabr 2026 362 baxış
Dotasiyanın dayanması rayonlarda məşğulluğa necə təsir edəcək? - Baku TV

Dotasiyanın dayanması rayonlarda məşğulluğa necə təsir edəcək? - Baku TV

Cəmiyyət
17 noyabr 2026 362 baxış
Xocavənd, Cəbrayıl və Zəngilanın kəndlərinə köç karvanları yola salındı - Baku TV

Xocavənd, Cəbrayıl və Zəngilanın kəndlərinə köç karvanları yola salındı - Baku TV

Cəmiyyət
17 noyabr 2026 362 baxış
"Bu, hamının narazılığına səbəb olur" | Tələbələrdən Tibb Universiteti barədə şikayət - Baku TV

"Bu, hamının narazılığına səbəb olur" | Tələbələrdən Tibb Universiteti barədə şikayət - Baku TV

Cəmiyyət
17 noyabr 2026 362 baxış
Seçilmişlər
icon