Sürücülərin cərimədən qaçmaq üçün əl atdıqları üsul
Yeniliklərdən dərhal xəbərdar olun
“Paytaxtətrafı qəsəbələrə hərəkət edən, sərnişindaşıma fəaliyyəti göstərən 200-ə yaxın yük maşınları və avtobusların standartlara uyğun olmayan dövlət nömrə nişanları ilə fəaliyyəti aşkarlanıb”.
Bu sözləri Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli deyib.
O bildirib ki, qanun pozuntusu aşkarlanan sürücülər barəsində aidiyyəti üzrə protokol tərtib edilib:
“Bundan başqa 20-yə yaxın minik avtomobilində dövlət nömrə nişanlarına müdaxilə halları aşkarlanıb. Sürücülərin avtomobillərin dövlət nömrə nişanlarına etdikləri müdaxilə halları aradan qaldırılıb. Həmin qayda pozuntusuna yol verən sürücülərə qanunvericiliyə əsasən 100 manat (4 bal) cərimə tətbiq edilib”.
#Cərimələnmə teqi istifadə olunub
- Vəsaitlərin xaricdən qaytarılmamasına görə cəriməyə hansı dəyişiklik edildi? - Baku TV
- Vətəndaş bir vaxtlar icarəyə götürdüyü avtomobilə görə niyə işə düşdü? - Baku TV
- Nəqliyyatdan istifadə edəndə buna görə 200 manat cərimə oluna bilərsiniz - Baku TV
- AFFA İntizam Komitəsi Riad Rəfiyev və Saşa İliçi sərt cəzalandırdı | Yeni idman xəbərləri - Baku TV
- İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - Baku TV
