Sürücülərin diqqətinə | İşıqforların rejimində dəyişiklik edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən müşahidə kameralarının imkanlarından istifadə etməklə paytaxtın Qara Qarayev prospekti ilə Azər Manafov və Şirin Mirzəyev küçələrinin kəsişmələrində təhlillər aparılıb və nəticədə yolda olan svetoforların iş rejimi dəyişdirilib.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, əvvəllər Qara Qarayev prospektindən həmin küçələrin kəsişmələrinə daxil olan sürücülər burada daha çox gözləməli olurdular və nəticədə prospektdə intensivlik azalırdı:
“Yaranan problemi aradan qaldırmaq üçün Qara Qarayev prospektindən sola Azər Manafov və Şirin Mirzəyev küçələrinə hərəkət edən nəqliyyat vasitələri üçün svetoforların təkrarlayıcılarında yaşıl işığın yanma müddəti 10 saniyə artırılıb. Bununla da uzun müddətdir sürücüləri narahat edən problem həll edilib”.
#Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi teqi istifadə olunub
- Hövsan yolunda xaos | Əks zolağa çıxan sürücülər hərəkəti iflic etdi - Baku TV
- Yeni tədris ilinə başlayacaq valideynlərə və tələbələrə çağırış - Baku TV
- Nişan və piyada keçidi tıxac yaradır? | Bu yolda niyə işıqfor quraşdırılmır? - Baku TV
- Skuterdən istifadə edənlərin yaratdığı təhlükə | Ekspertlər məsələyə necə yanaşdı? - Baku TV
- "Qayda pozuntuları qəzalara səbəb olur" | NİİM-dən sürücülərə müraciət - Baku TV
