Pleyeri seçin:

Şuşa – sərhədlərə sığmayan şəhərin həqiqətləri | İllərin yarası necə sağaldı?

25 iyun 2026 454 baxış

“Gör nələri qaytarmışıq” verilişinin yeni buraxılışı mədəniyyətimizin beşiyi hesab olunan Şuşaya həsr olunub.

XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən sıldırım qayalar üzərində salınan Şuşa əvvəlcə qala, sonradan isə xanlığın paytaxtı oldu. Zamanla məktəb, akademiya və böyük mədəniyyət mərkəzinə çevrilən bu şəhərin küçələrində sanki musiqi nəfəs alırdı. Muğamın bir həyat tərzi kimi yaşandığı Şuşa "Qafqazın konservatoriyası" adını qazanmışdı.

1992-ci ilin mayında Şuşa mühasirədə idi. Azərbaycan ağır siyasi böhran yaşayırdı və orduda vahid komandanlıq yox idi. Dövlət özünün ən çətin günlərindən keçirdi və mayın 8-də Şuşa işğal edilərək tariximizin ən böyük yaralarından birinə çevrildi.

Şuşanın əsl tarixi ədaləti 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində qazanıldı. Azərbaycan əsgərlərinin yalın əllə sıldırım qayaları aşaraq düşmənlə əlbəyaxa döyüşə girməsi ilə Şuşaya gedən yol müxtəlif ölkələrin döyüş ədəbiyyatına salınan böyük bir tarixə çevrildi.

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycan son 100 ilin ən böyük müjdəsini aldı. Bu tarixi xəbər yalnız bir şəhərin qurtuluşu deyil, həm də milli qürurumuzun geri qayıtması idi.

Bu gün Şuşada binalarla bərabər həm də şəhərin ruhu bərpa olunur. Şuşanın tarix boyu oynadığı rolun təsdiqi olaraq şəhər 2021-ci ildə Azərbaycanın, 2023-cü ildə isə Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. 

Banner
Yevlaxda 3-cü qrup əlil olan ailə başçısı kömək istəyir - Baku TV

Yevlaxda 3-cü qrup əlil olan ailə başçısı kömək istəyir - Baku TV

Cəmiyyət
11 oktyabr 2026 454 baxış
Gözləri yolda qalan sərnişinlər | 162 nömrəli marşrutda nə baş verir? - Baku TV

Gözləri yolda qalan sərnişinlər | 162 nömrəli marşrutda nə baş verir? - Baku TV

Cəmiyyət
11 oktyabr 2026 454 baxış
Gəncənin Ermənistan tərəfindən raket hücumuna məruz qalmasınının ildönümüdür - Baku TV

Gəncənin Ermənistan tərəfindən raket hücumuna məruz qalmasınının ildönümüdür - Baku TV

Cəmiyyət
11 oktyabr 2026 454 baxış
Akrobatika, şou və rəngarəng nömrələr: "Sehrli payız" beynəlxalq sirk proqramı - Baku TV

Akrobatika, şou və rəngarəng nömrələr: "Sehrli payız" beynəlxalq sirk proqramı - Baku TV

Cəmiyyət
11 oktyabr 2026 454 baxış
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür - Baku TV

Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür - Baku TV

Cəmiyyət
11 oktyabr 2026 454 baxış
Ağdaşda kənd təsərrüfatı məhsullarının satışı təşkil olunub - Baku TV

Ağdaşda kənd təsərrüfatı məhsullarının satışı təşkil olunub - Baku TV

Cəmiyyət
11 oktyabr 2026 454 baxış
Xaçmazda evə dolan zərərvericilər sakinləri bezdirdi - Baku TV

Xaçmazda evə dolan zərərvericilər sakinləri bezdirdi - Baku TV

Cəmiyyət
11 oktyabr 2026 454 baxış
Qəhvəyi mərmər bağacığının kütləvi yayılması sakinləri çətin vəziyyətə salıb - Baku TV

Qəhvəyi mərmər bağacığının kütləvi yayılması sakinləri çətin vəziyyətə salıb - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 454 baxış
Təhlükə nə zaman artır? - Skoliozun hansı dərəcəsində olanlar hərbi xidmətə yararsızdır? - Baku TV

Təhlükə nə zaman artır? - Skoliozun hansı dərəcəsində olanlar hərbi xidmətə yararsızdır? - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 454 baxış
Quşçuluq ferması ilə bağlı şikayət: Sakinləri kəskin qoxu narahat etdi - Baku TV

Quşçuluq ferması ilə bağlı şikayət: Sakinləri kəskin qoxu narahat etdi - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 454 baxış
Seçilmişlər
icon