“Suyun içindədir, belə olmaz axı!” | Əlacsız qalan sakinlərin şikayətinə niyə baxılmır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xırdalan şəhəri, Nizami küçəsində içməli suyun küçəyə axması sakinlərin narazılığına səbəb olub.
Onların sözlərinə görə, bu vəziyyət uzun müddətdir davam edir. Aidiyyəti qurum əməkdaşları əraziyə baxış keçirsələr də, problem hələ də aradan qaldırılmayıb.
“Heç kəs problemə məhəl qoymur. İcra hakimiyyətinə gedirsən, qapıdan qovurlar. Ev suyun içindədir, belə olmaz axı”, – deyə sakinlərdən biri bildirib.
Məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, idarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib.
Qeyd edilib ki, şəhər ərazisində hər hansı qəza halının qarşısının alınması üçün qazıntı işlərinin aparılması məqsədilə aidiyyəti qurumlardan icazə alınması mütləqdir.
Vurğulanıb ki, sözügedən ünvanda bir neçə gün əvvəl yaranmış çətinlik barədə idarə məlumatlıdır və hazırda qəza qrupu tərəfindən müvafiq işlər aparılır.
#Xırdalan teqi istifadə olunub
- "31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV
- 13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV
- Xırdalanda antisanitar vəziyyətlə bağlı qurum nə açıqlama verdi? - Baku TV
- “Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV
- Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV
