Suyun yeni xüsusiyyətləri nələrdən ibarətdir? | Alimlərdən maraqlı araşdırma
Yeniliklərdən dərhal xəbərdar olun
Kaliforniya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, su yüksək təzyiq və aşağı temperaturda müxtəlif sıxlıqlara malik iki fazaya ayrıla bilir.
Bu kəşf hələ 1992-ci ildə irəli sürülən, lakin hələ də eksperimental olaraq sınaqdan keçirilməmiş nəzəriyyəni təsdiqləyir.
Su eyni vaxtda 3 vəziyyətdə mövcud ola bilən azsaylı maddələrdən biridir. Buz və buxar da bu özəlliyə malikdir. Yeni tədqiqatda isə məlum olub ki, -75°C və 1250 atmosfer təzyiqdə su homogen maye olmaqdan çıxır və iki fərqli fazaya ayrılır.
İnsan davranışının ətraf mühitdən asılı olaraq dəyişməsi kimi su molekulları da yaxınlığındakı hissəciklərdən asılıdır. Bu fenomeni başa düşmək çirkləndiriciləri uda bilən və ya suyun duzsuzlaşdırılması texnologiyalarında istifadə edilən yeni materialların yaradılmasına səbəb ola bilər.
Hazırda elmi araşdırmalar davam etdirilir.
