Taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə mindi | Sürücülərin diqqətinə
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minib.
Taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin istehsal tarixi 8 ildən az olmalıdır. Bu müddəti keçən avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək.
Həmçinin qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilibsə və ya ölkəmizdə istehsal olunubsa, onların rəngi ağ və ya qırmızı olmalıdır.
Müvafiq icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.
Vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, 3 illik icazə ala biləcək. Bu halda rəng tələbi tətbiq edilmir.
#Taksi fəaliyyəti teqi istifadə olunub
- Ayıq sürücü qəza törədərsə, məsuliyyət kimin üzərinə düşür? | Ekspertlər danışdı - Baku TV
- "Komfort istəməsə, avtobusa minər də" | Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - Baku TV
- “Yaxşı edib ədəbsiz danışıram” | Taksi sürücüsü və sərnişin arasında dava - Baku TV
- “Əvvəl 50 ödəyirdilərsə...” | Taksi sürücüləri nə qədər sığorta haqqı ödəməli olacaq? - Baku TV
- Tələbatlarını ödəmək üçün gəlirlər | Tanımadığımız adama niyə dərdimizi danışırıq? - Baku TV
