Taksi sürücüləri çarəsiz vəziyyətdədir | Borclarını ödəyə bilmirlər
Yeniliklərdən dərhal xəbərdar olun
“Maşını kreditə götürmüşəm. Hələ iki ilə yaxın borc ödəməliyəm”.
Bunu Baku TV-yə mürəciət edərək şikayətini bildirən taksi sürücüsü Mahir Səfərov deyib.
Onun sözlərinə görə, taksi fəaliyyətinə yararlı olduğu üçün 2008-ci ilin istehsalı olan “Prius” alıb. Lakin iyul ayının 1-dən sonra yaranacaq vəziyyətdən narahatdır.
“Desələr ki, maşınları yavaş-yavaş, iki ildən sonra dəyişin. O halda bunun üçün pul yığa bilərik. Amma qısa müddətdə maşın dəyişmək mümkün deyil. Mən işsiz qalacağam. Ailədə altı nəfərik, onlar da ac qalacaqlar. Necə olacaq, bilmirəm”, – deyə sürücü söyləyib.
Xatırladaq ki, Nazirlər Kabinetinin sərnişindaşıma ilə bağlı müvafiq sərəncamına görə, bu ilin iyulun 1-nə qədər istehsal tarixi 15 ildən aşağı olan maşının taksi fəaliyyəti ilə bağlı vətəndaşın müraciətinə yalnız 1 il müddətinə icazə veriləcək. İyulun 1-dən etibarən isə yalnız istehsal tarixi 8 ildən aşağı və qanunun tələblərinə uyğun avtomobil sahibləri taksi fəaliyyəti ilə bağlı müraciət edə biləcəklər.
Bu qərarın qəbulundan əvvəl bir çox taksi sürücüləri avtomobil icəradarlarından maşın kreditə götürüb və işlədikləri müddətdə müəyyən ödənişlər ediblər. Sözügedən qərardan sonra isə avtomobili qaytarıb əvəzində ödədikləri məbləği geri ala bilmirlər.
Əlqərəz, nə pulu qaytarmaq olur, nə avtomobil işlərinə yararlıdır, nə də ki indiki halda tək gəlir mənbəyi taksi fəaliyyəti olan bu sürücülərin qısa müddətdə yeni avtomobil alması mümkündür.
Hüquqşünas Emil Aslanov isə bildirir ki, icəradarlara ödədikləri məbləğin geri qaytarılması real deyil: “Avtomobil sahibləri ilə taksi sürücüləri arasında icarə müqaviləsi bağlanıbsa, bu halda icarə müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri hər iki tərəf icra etməyə borcludur”.
#Taksi fəaliyyəti teqi istifadə olunub
- Ayıq sürücü qəza törədərsə, məsuliyyət kimin üzərinə düşür? | Ekspertlər danışdı - Baku TV
- "Komfort istəməsə, avtobusa minər də" | Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - Baku TV
- “Yaxşı edib ədəbsiz danışıram” | Taksi sürücüsü və sərnişin arasında dava - Baku TV
- “Əvvəl 50 ödəyirdilərsə...” | Taksi sürücüləri nə qədər sığorta haqqı ödəməli olacaq? - Baku TV
- Tələbatlarını ödəmək üçün gəlirlər | Tanımadığımız adama niyə dərdimizi danışırıq? - Baku TV
