Taksilər avtobus zolağına hansı halda daxil ola bilər? | Sürücülərin diqqətinə
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya təcrübəsinə görə, avtobus zolaqlarından taksilər, yanğınsöndürən avtomobillər, polis və təcili tibbi yardım maşınları istifadə edə bilər.
Ekspertlər bildirirlər ki, bir çox Avropa ölkələrində qanunsuz fəaliyyət göstərən taksi sürücüləri, avtobus zolağına daxil olduqlarında onlar xüsusi texniki vasitələrlə müəyyən edililir.
Bəs Azərbaycanda taksilər avtobus zolağından istifadə edə bilər?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilir ki, avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır:
“Sərnişin daşımalarının böyük hissəsi məhz avtobuslarla həyata keçirilir. Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı, minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır”.
Qeyd edək ki, ölkəmizdə avtobus zolaqlarından digər nəqliyyat vasitələrinin istifadəsinə görə 100 manat cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir.
#Avtobus zolaqları teqi istifadə olunub
- Yol çökməyib, siz "səhv" görürsünüz | Bu problemlərə görə insanlar başını itirir - XÜLASƏ
- "Əgər avtobusların hərəkətinə maneə yaranmasa..." | AYNA sədrindən açıqlama - Baku TV
- "Baxın, onlara görə..." | Avtobus sürücüləri niyə zolaqdan çıxırlar? - Baku TV
- Bakı-Sumqayıt yolundakı vəziyyət sürücülərin narazılığına səbəb oldu | Ekspertlər rəy bildirdi
- Avtobuslar niyə yolun ortasında dayanır? | Onlar üçün yol ayrılıb, amma... - NECƏ OLMALIDIR?
