Tapılan qalıqlar Mikayıl Müşfiqə aiddir? | Nazirlik açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Mikayıl Müşfiqə aid olduğu iddia edilən meyit qalıqları üzərində aparılan DNT analizlərinin nəticələri məlum olub.
Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru Ədalət Həsənov Baku TV-yə bildirib ki, nakam şairə aid olması ehtimal edilən bütün sümük qalıqları üzərində DNT analizləri aparılıb:
“Analizin nəticələri onu göstərdi ki, heç bir meyit qalıqları Mikayıl Müşfiqə aid deyil”.
Ədalət Həsənov Mikayıl Müşfiqin sümük qalıqlarının bu günə qədər hələ də aşkar edilmədiyini də bildirib.
Qeyd edək ki, bir neçə il əvvəl Qaradağ rayonu, Puta qəsəbəsində Mikayıl Müşfiqə aid olması iddia edilən meyit qalıqlarının aşkar edilməsi ilə bağlı məlumatlar yayılmışdı.
#Azərbaycan Respublikası Səhiyyə Nazirliyi teqi istifadə olunub
- "Gözünün önünə nəsə gəlir, qorxuram" - Sakin xəstəxanaya qəbul edilmir? - "Dedi, kasıb olmasan..."
- TƏBİB-lə bağlı yeni qərar nə vəd edir?
- Azərbaycan səhiyyəsində nə dəyişəcək? - Baku TV
- “Xəstənin üzərində öyrənəcəksiniz” | “Alfa Woman Academy” insanları ölüm təhlükəsinə atır? - Baku TV
- Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyi birgə açıqlama yaydı - Baku TV
