Tarixçi Ermənilərin Qubada törətdiyi dəhşətlərdən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın ən qədim kəndlərindən biri olan Qubanın Alpan kəndi 1918-ci ildə ermənilər tərəfindən ən çox hücuma məruz qalan yaşayış məskənlərindən biridir.
Burada insanları vəhşicəsinə öldürən ermənilər qəbirləri dağıdıb, tarixi abidələri yandırıblar. Erməni vandalları Alpana 1918-ci ildə üç istiqamətdə qəfildən hücum edərək öz çirkin əməllərini həyata keçirməyə başlayıblar. Əliyalın insanların bir hissəsi meşələrə qaçaraq xilas ola bilsələr də, ermənilərin əlinə keçən sakinlər vəhşicəsinə öldürülüb, işgəncələrə məruz qalıblar. Nə qocaya rəhm edilib, nə də körpəyə.
Müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirən ermənilərin digər məqsədi isə bu torpaqlardan azərbaycanlılara aid tarixi izləri silmək idi. Kənddə bütün evləri yandıran ermənilər təkcə dinc sakinləri qətlə yetirməyib, kənd qəbiristanlığındakı başdaşılarını belə gülləbaran edib, 16-cı əsrə aid Subaba türbəsini isə yandırıblar.
Qeyd edək ki, 1918-ci ilin aprel-may aylarında talanlara və yanğınlara məruz qalan Quba qəzasında 167 kənd tamamilə dağıdılıb. Ümumilikdə Quba qəzasında on altı min dinc sakin qətlə yetirilib.
#Quba teqi istifadə olunub
- Qubanın internet üzünə həsrət qalan kəndi | Problem nə vaxt həll olunacaq? - Baku TV
- "Neçə dəfə qəza şəraiti yaranıb" | Qubada yoldakı yeni nişanlanma narazılıq doğurdu - Baku TV
- Qış vaxtından tez gəldi | Şimalın yüksək dağ kəndlərinə ilk qar yağdı - Baku TV
- Şimal rayonları ağ örpəyə büründü | Qış özünü vaxtından əvvəl göstərir - Baku TV
- “Əvvəl keçirdi, indi evlərimizə kimi girir!” | Sakinlər niyə acınacaqlı halda qalıb? - Baku TV
