Pleyeri seçin:

Taxıl biçininin yavaş-yavaş yekunlaşdığı dövrdə sahələrdə vəziyyət necədir? - Baku TV

28 iyul 2026 262 baxış

Azərbaycanda taxıl biçini yekunlaşmaq üzrədir.

Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Şövqi Lələşov bildirib ki, iyulun 28-nə olan məlumata əsasən, taxıl sahələrinin 92,6 faizində biçin başa çatıb.

Onun sözlərinə görə, mövsüm ərzində 890 min hektara yaxın sahədə biçin aparılıb və 3 milyon 584 min tondan çox məhsul yığılıb:

"Hazırda buğda və arpa üzrə orta məhsuldarlıq 34,4 sentner/hektardır. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 sentner/hektar çoxdur".

Ş.Lələşov qeyd edib ki, buğda sahələrinin 88,7 faizində, arpa sahələrinin isə 96,1 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,9 sentner/hektar, arpa üzrə isə 32,2 sentner/hektar təşkil edir. Artıq 22 rayonda taxıl biçini tam başa çatıb.

Nazirlik rəsmisinin sözlərinə görə, mövcud nəticələr ilkin proqnozlara uyğundur:

"Gözləntilərimiz özünü doğruldur. Son nəticə biçin tam yekunlaşdıqdan sonra məlum olacaq, lakin hazırkı məhsuldarlıq proqnozlaşdırılan göstəricilərə uyğundur".

Şövqi Lələşov işğaldan azad olunmuş ərazilərdə də taxıl biçininin plan üzrə davam etdiyini bildirib:

"Həmin ərazilərdə də məhsuldarlıq qənaətbəxşdir və proqnozlaşdırılan göstəricilər əldə olunur".

Banner
"Kapital Bank"dan Gəncə sakinləri üçün yenilik | Rəqəmsal bank xidmətləri genişlənir - Baku TV

"Kapital Bank"dan Gəncə sakinləri üçün yenilik | Rəqəmsal bank xidmətləri genişlənir - Baku TV

Cəmiyyət
04 noyabr 2026 262 baxış
"Telefonundakı səslərdən başa düşdük ki..." | Yuxuda şəhidin tabutunu gördü, səhəri gün...

"Telefonundakı səslərdən başa düşdük ki..." | Yuxuda şəhidin tabutunu gördü, səhəri gün...

Cəmiyyət
04 noyabr 2026 262 baxış
“Ziyan ziyan dalınca, qabağını ala bilmirik” - Kartofçuluq niyə təhlükə altında qalıb? - Baku TV

“Ziyan ziyan dalınca, qabağını ala bilmirik” - Kartofçuluq niyə təhlükə altında qalıb? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 262 baxış
Nə maşın var, nə də pul | Gəncədə qadına qarşı dələduzluq - ƏSAS XƏBƏR

Nə maşın var, nə də pul | Gəncədə qadına qarşı dələduzluq - ƏSAS XƏBƏR

Cəmiyyət
04 noyabr 2026 262 baxış
"Dedi ki, hərbçiyə maşını vermişəm ki, satsın" | Avtomobil almaq istədi, dələduzluqla üzləşdi

"Dedi ki, hərbçiyə maşını vermişəm ki, satsın" | Avtomobil almaq istədi, dələduzluqla üzləşdi

Cəmiyyət
04 noyabr 2026 262 baxış
“Gecə bizi narahat edirlər” | Sakinlərdən şikayət | “O icazəni onlara kim verib?!” - Baku TV

“Gecə bizi narahat edirlər” | Sakinlərdən şikayət | “O icazəni onlara kim verib?!” - Baku TV

Cəmiyyət
04 noyabr 2026 262 baxış
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filmi nümayiş etdirildi - Baku TV

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filmi nümayiş etdirildi - Baku TV

Cəmiyyət
04 noyabr 2026 262 baxış
Şəkillərin silinməsi üçün sahiblərindən pul tələb olunur

Şəkillərin silinməsi üçün sahiblərindən pul tələb olunur

Cəmiyyət
04 noyabr 2026 262 baxış
"Nə etmisən sən mənim saçıma?!" | Salonda qadının başına oyun açıldı? | "Yığışdır onu!" - Baku TV

"Nə etmisən sən mənim saçıma?!" | Salonda qadının başına oyun açıldı? | "Yığışdır onu!" - Baku TV

Cəmiyyət
04 noyabr 2026 262 baxış
Bakı və Tiflis Rusiya və Qərbin regional maraqları arasında? - AKTUAL GÜNDƏM

Bakı və Tiflis Rusiya və Qərbin regional maraqları arasında? - AKTUAL GÜNDƏM

Cəmiyyət
04 noyabr 2026 262 baxış
Seçilmişlər
icon