Pleyeri seçin:
Tbilisidə Novruz bayramı belə qeyd olundu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tbilisinin mərkəzindəki meydanda Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.
Bayram şənliyində Tbilisi rəsmiləri, Azərbaycanın Gürcüstandakı səfiri, Türkiyə, Qazaxıstan, Türkmənistan və digər ölkələrin diplomatları, Azərbaycan icmasının üzvləri, ziyalılar və gənclər iştirak ediblər.
Səfirimiz Faiq Quliyev Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib.
Tədbir iştirakçıları milli-mədəni və incəsənət nümunələrimizin, Novruz atributlarının nümayiş olunduğu Azərbaycan guşəsini ziyarət ediblər. Milli mətbəximizin ləziz təamlarından dadıblar. Sonra Novruz tonqalı alovlandırılıb.
Bayram tədbiri maraqlı konsert proqramı ilə davam edib.
Kopyalandı
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
