Terror aktını törədənlərlə bağlı qərar
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı DTX İstintaq Baş İdarəsinin müstəntiqi tərəfindən verilən vəsatətlərə baxılıb.
Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılanlardan üç şəxs barəsində 4 ay müddətinə, bir şəxs barəsində isə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə millət vəkili bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
#Terror aktı teqi istifadə olunub
- Məsuliyyəti "Təhrik-i-Taliban Pakistan" hərəkatı öz üzərinə götürüb
- Polis bölməsi önündə qorxunc partlayış | Qardaş ölkədə baş verən hadisənin detalları - Baku TV CANLI
- Pakistanda kamikadze hücumu | Terrorçu polis bölməsinin qarşısında... - Baku TV
- Terrorizmlə mübarizədə birgə həmrəylik ifadə olunub
- Terror aktı nəticəsində 15 nəfər həlak olub
