Təyyarə qəzasında həlak olanlar Balakəndə dəfn ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan səkkiz nəfərin nəşi Balakən rayonuna gətirilib.
Qəzada həlak olan Balakən rayon Meşəşambul kənd sakini, 1972-ci il təvəllüdlü Mələykə Murtuzəli qızı Anqbazova, Xalatala kənd sakini, 1990-cı il təvəllüdlü Həmzət Muhuma oğlu Qurbaçovun, Yeni Şərif kənd sakinləri – 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayeva və 1960-cı il təvəllüdlü Mömünət Şəhmir qızı Qoqamova, Şərif kənd sakinləri olan iki qardaş – 1968-ci il təvəllüdlü Rəşid Abbas oğlu Qıstarov və 1962-ci il təvəllüdlü İbrahim Qıstarov, Şambul kənd sakini, 1988-ci il təvəllüdlü Yadigar Seyfəddin oğlu Mehdiyev və Qullar kənd sakini, 2004-cü il təvəllüdlü Mahmud Muhumahacı oğlu Tütünçüyevin nəşi ailələrinə təhvil verilib.
Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfər Balakən rayon sakini olub, onlardan 9-u qəza zamanı həyatını itirib.
#Dəfn mərasimi teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Rusiyada dron hücumuna məruz qalan azərbaycanlı həlak oldu - Baku TV
- Aleksandr Şarovskinin dəfn mərasimindən görüntülər - Baku TV
- Şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları torpağa tapşırılıb - Baku TV
- Mərhum Xalq şairi I Fəxri xiyabanda son mənzilə yola salındı - Baku TV
