Əti bu məhsulla əvəz edənlərin sağlamlığında hansı dəyişikliklər oldu?
Yeniliklərdən dərhal xəbərdar olun
Helsinki Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırma qırmızı və emal olunmuş ətin paxlalı bitkilərlə əvəz edilməsinin insan sağlamlığına inqilabi təsirlərini üzə çıxarıb. 102 sağlam kişi üzərində aparılan təcrübə göstərir ki, həftəlik ət istehlakını azaldıb rasiona mərci, lobya və noxud kimi zülal mənbələri əlavə etmək orqanizmdə "pis" xolesterinin səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salır. Tədqiqat nəticəsində məlum olub ki, paxlalılarla zəngin pəhriz həm də bədən kütlə indeksinin azalmasına və infarkt, insult kimi ürək-damar xəstəlikləri riskinin minimuma enməsinə kömək edir. Lifli qidaların artması damar divarlarında xolesterin yığılmasının qarşısını alaraq ümumi sağlamlıq göstəricilərini yaxşılaşdırır.
#Ət məhsulları teqi istifadə olunub
- Araşdırma emal olunmuş ətin bağırsaq xərçəngi riskini artıra biləcəyini üzə çıxarıb
- Süni kürü, düzgün saxlanılmayan ət... | Bakıda şadlıq sarayının mətbəxində yoxlama - Baku TV
- Keyfiyyətli əti necə seçək? | Ət alarkən nəzərə alınmalı nüanslar - Baku TV
- Bazarlarda satılan ucuz kolbasa və sosis məhsullarının tərkibi şübhə yaratdı
- Dana əti adı ilə bunu yeyirmişik? - Bu məhsullarla bağlı dəhşətli faktlar ortaya çıxdı
