Pleyeri seçin:

Tibbdə inqilabi irəliləyiş | Xərçəng xəstəliyi ilə bağlı yeni texnologiya

11 dekabr 2024 334 baxış

Alimlər qlioblastoma və digər sinir sistemi xəstəliklərinin müalicəsində inqilabi irəliləyiş əldə ediblər.

Tədqiqatçılar immun hüceyrələrini beynə yönləndirmək və şişləri hədəf alaraq məhv etmək üçün yeni bir “molekulyar GPS” texnologiyası hazırlayıblar.

Bu innovativ yanaşma siçanlar üzərində aparılan təcrübələrdə müvəffəqiyyətlə sınaqdan keçirilib və texnologiyanın 2025-ci ildə klinik sınaqlarda tətbiq olunması gözlənilir.

ABŞ-də hər il təxminən 300 min insan beyin xərçəngi diaqnozu alır ki, bu da uşaqlarda xərçəngdən ölüm hallarının əsas səbəblərindən biridir. Qlioblastoma isə ən ölümcül beyin xərçəngi növlərindən biri hesab olunur. Ənənəvi müalicə metodları, o cümlədən cərrahiyyə və kimyaterapiya yüksək risk daşıyır və beynə dərmanların nüfuz etməsi həmişə mümkün olmur.

Bu problemi həll etmək üçün Kaliforniya Universitetinin tədqiqatçıları immun hüceyrələrə bədən daxilində hərəkət etməyə və dəqiq hədəfə çatmağa imkan verən “molekulyar poçt” sistemi hazırlayıblar. Bu sistem “poçt kodu” və “küçə ünvanı” vasitəsilə hüceyrələrin düzgün istiqamətə yönəlməsini təmin edir.

Tədqiqatçılar beyinin spesifik strukturlarında ifadə olunan “brevikan” adlı zülaldan “poçt kodu” kimi istifadə ediblər. Bu zülal yalnız beyində olur və beyinin jeleyəbənzər strukturunun formalaşmasına kömək edir. “Küçə ünvanı” kimi isə qlioblastoma hüceyrələrində olan iki fərqli zülaldan istifadə olunub. Bu yanaşma ilə proqramlaşdırılmış T hüceyrələri yalnız brevikan zülalını aşkar etdikdən sonra beyin şişi ilə əlaqəli zülallardan birini müəyyənləşdirir və həmin xərçəng hüceyrələrinə hücum edir.

Bu üsul bədənin digər orqanlarındakı eyni zülalların olduğu sağlam toxumaların zərər görməsinin qarşısını alır. Qan dövranına daxil edilən hüceyrələr siçanların beyninə yönləndilib və böyüyən şişi aradan qaldırıb. Qan dövranındakı immun hüceyrələri isə hərəkətsiz qalıb. 100 gündən sonra siçanların beyninə yeni xərçəng hüceyrələri yerləşdirilib, lakin immun hüceyrələrinin hələ də aktiv olduğu və yeni şiş hüceyrələrini taparaq məhv etdiyi müşahidə olunub.

Alimlər ümid edirlər ki, “molekulyar GPS” sistemi tezliklə klinik sınaqlara təqdim olunacaq və gələcəkdə yalnız xərçənglə deyil, həm də digər sinir sistemi xəstəlikləri ilə mübarizədə istifadə ediləcək. Bu innovativ texnologiya xərçəng müalicəsində inqilab edəcək və xərçəngin təkrarlanmasının qarşısını almaqda mühüm rol oynayacaq.

Banner
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 334 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 334 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 334 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 334 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 334 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 334 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 334 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 334 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 334 baxış
"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 334 baxış
Seçilmişlər
icon