Pleyeri seçin:

Tikinti şirkəti ilə sakinlər arasında qalmaqal: ƏDV-lər niyə vaxtında qaytarılmayıb?

30 noyabr 2023 506 baxış

“Baku TV” qaynar xəttinə müraciət edən bir qrup sakin ödəniş edərək mənzil aldıqlarını, lakin onlara şirkət tərəfindən ödəniş çekinin verilmədiyini bildiriblər.

Şikayətçilərin sözlərinə, şirkət onlara portalın olmadığını, problem həll olunan kimi məlumat veriləcəyini deyib. Amma bir müddət sonra yenidən məsələ ilə bağlı müraciət edildikdə isə bildirilib ki, 90 gün keçib, artıq gecdir.

“Dəfələrlə mənzili aldığım gündən satış meneceri ilə əlaqə saxlamışam, banka yaxınlaşmışam. Mənə bu iş üzrə danışıqlar getdiyini, Vergilər Nazirliyi ilə işlərin aparıldığı deyilib. Nəticədə təxminən 5 ay sonra bu işlə bağlı yenidən müraciət etdikdə satış ofisindən mənə deyildi ki, siz gecikmisiniz, Vergilər Nazirliyinə yaxınlaşın. Orada isə mənə söylədilər ki, siz 90 günü ötürmüsünüz. Bu, sizə aid deyil”, – şikayətçi deyib.

Şirkətdən isə bildirilib ki, alıcılar 90 gündən gec olmayaraq portalda qeydiyyatdan keçərək elektron kabinet yaratmalı və müvafiq sənədləri göndərməli idilər. Əfsuslar olsun ki, alıcıların əksəriyyəti sənədlərin göndərilməsində gecikmələrə yol verib.

Şirkətin satış şöbəsinin əməkdaşı deyir ki, müvafiq qaydalara uyğun olaraq məsələ araşdırılacaq.

Dövlət Vergi Xidmətindən isə bildirilib ki, problem ilə bağlı edilən müraciət araşdırılır, qısa müddətdə cavablandırılacaq.

Qeyd edək ki, bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı müvafiq portal 21 noyabr 2022-ci ildən istifadəyə verilib. 

Banner
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 506 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 506 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 506 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 506 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 506 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 506 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 506 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 506 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 506 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 506 baxış
Seçilmişlər
icon