Tikinti şirkəti sakinin evinə ziyan vurdu | DİN hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Tikinti şirkətinin Yasamal rayonu, Behbud Şahtaxtinski küçəsində vətəndaşın yaşadığı evə zərər vurub.
Mülkün sahibinin sözlərinə görə, Mənzil Tikinti Kooperativinin işçiləri evə bitişik tikilini sökərək evi zədələyiblər:
“Əmimgilin evini sökəndə bizim ev də silkələnməyə başladı. Bizim xəbərimiz yox idi, çünki demişdilər ki, eviniz sökülməyəcək. Bizimlə çox kobud rəftar elədilər. Uşağım xəsarət aldı, anamın ürəyi getdi”.
Məsələyə münasibət bildirən tikinti şirkətinin hüquqşünası bildirib ki, vətəndaşın yaşadığı evə heç bir ziyan vurulmayıb. Söküntü işləri yalnız ona bitişik tikilidə həyata keçirilib.
Daxili İşlər Nazirliyinin əməkdaşları isə həmin ünvanda bir neçə mənzilin divarlarına zərər vurulmasını müəyyən ediblər. Hazırda söküntü işləri aparan şirkətin işləri dayandırılıb.
#Mənzil Tikinti Kooperativi teqi istifadə olunub
- "Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" | MTK və vətəndaş arasında qalmaqal - Baku TV
- Tikintisi yarımçıq qalan binalardan ev alanların aqibəti necə olacaq? - Baku TV
- Sakinlər tikinti şirkətindən şikayətləndi | MTK məsələ ilə bağlı açıqlama verdi - Baku TV
- Saray qəsəbəsində gölləri qurudub binalar tikirlər? - Baku TV
- “10 ildir deyirlər ki, yeni binaya köçürəcəyik” | Sakinlərə yalan vədlər verilir?
