Pleyeri seçin:

“Tiktok” sahibi pula pul demir: qazandığı məbləğ açıqlandı

04 oktyabr 2023 272 baxış

“TikTok”un sahibi olan Çin şirkəti “ByteDance Ltd” 2023-cü ilin birinci rübündə 6 milyard dollardan çox əməliyyat mənfəəti əldə edib.

“The Wall Street Journal” şirkət işçiləri arasında bölüşdürülmüş maliyyə nəticələrinə istinadən yazır ki, bu, 2022-ci ilin birinci rübündən təxminən iki dəfə çoxdur. Bütövlükdə 2022-ci ildə şirkətin xalis mənfəəti 20 milyard dolları keçib, halbuki 2021-ci ildə 7 milyard dollardan çox əməliyyat zərəri ilə başa vurmuşdu.

Qeyd edək ki, “ByteDance”ın səhmləri açıq şəkildə satılmır və şirkət maliyyə nəticələrini açıqlamır. “The Wall Street Journal”ın əldə etdiyi hesabata görə, “ByteDance”ın 2022-ci ildə gəliri 38 faiz artaraq 85,2 milyard dollara çatıb. Bu ilin yanvar-mart aylarında şirkət 24,5 milyard dollar gəlir əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur. Gəlirlərin artması ilə paralel olaraq şirkət xərclərini azaldır. Belə ki, 2022-ci ildə “ByteDance”ın marketinq xərcləri bir il əvvəlki 19,2 milyard dollarla müqayisədə 14,8 milyard dollara, tədqiqat və inkişaf xərcləri 14,6 milyard dollardan 8,7 milyard dollara, ümumi və inzibati xərclər 8,3 milyard dollardan 4,5 milyard dollara qədər azalıb.

Martın sonunda şirkətin ümumi aktivləri keçən ilin sonundakı 87,6 milyard dollar və 2021-ci ilin sonundakı 64,3 milyard dollara qarşı 95,5 milyard dollar qiymətləndirilib.

Viktor Orban Avropa ölkələrinə xəbərdarlıq edib

Viktor Orban Avropa ölkələrinə xəbərdarlıq edib

Dünya
21 dekabr 2025 272 baxış
Rio-de-Janeyroda fərqli kompozisiya təqdim edilib

Rio-de-Janeyroda fərqli kompozisiya təqdim edilib

Dünya
21 dekabr 2025 272 baxış
Portuqaliya Ukraynaya ordu göndərir?

Portuqaliya Ukraynaya ordu göndərir?

Dünya
21 dekabr 2025 272 baxış
Xarici KİV-dən iddia

Xarici KİV-dən iddia

Dünya
21 dekabr 2025 272 baxış
Uitkoff Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı paylaşım edib

Uitkoff Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı paylaşım edib

Dünya
21 dekabr 2025 272 baxış
İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb

İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb

Dünya
21 dekabr 2025 272 baxış
Zelenski seçkinin 2 amildən asılı olduğunu deyib

Zelenski seçkinin 2 amildən asılı olduğunu deyib

Dünya
21 dekabr 2025 272 baxış
Cəbhədə vəziyyət kəskin dəyişir | Rusiya qoşunları bu istiqamətdə irəliləyir - Baku TV

Cəbhədə vəziyyət kəskin dəyişir | Rusiya qoşunları bu istiqamətdə irəliləyir - Baku TV

Dünya
21 dekabr 2025 272 baxış
Ukrayna Rusiyanın neft tankerlərinə dron zərbələri endirdi - Baku TV CANLI

Ukrayna Rusiyanın neft tankerlərinə dron zərbələri endirdi - Baku TV CANLI

Dünya
21 dekabr 2025 272 baxış
Rusiya prezidentinə göndərilən qeyri-adi hədiyyə gündəm oldu - Baku TV

Rusiya prezidentinə göndərilən qeyri-adi hədiyyə gündəm oldu - Baku TV

Dünya
21 dekabr 2025 272 baxış
Seçilmişlər
icon