Tıxacın keçilməz etdiyi Bakı-Quba yolu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Quba yolunda aparılan təmir işləri nəqliyyatın hərəkətində çətinlik yaradır. Söhbət yolun Şabrandan keçən hissəsindən gedir.
Magistral yolda təmir işləri aparıldığından sürücülər alternativ yoldan istifadə edirlər. Bu isə avtomobillərin hərkətində sıxlığa səbəb olur.
Bəzi sürücülər təmir işlərinin insanların məznuniyyətə çıxıb, istirahət üçün turizm zonalarına üz tutduğu vaxtda aparılmasını düzgün hesab etmirlər.
Bununla yanaşı, sürücülər yolda təmir işlərinin hissə-hissə aparılmasından şikayətlənirlər.
Bakı-Quba yolunun təmir işləri aparılan hissəsində sıxlıq yarandığına görə bəzi sürücülər əsk istiqamətdə hərəkət edən avtomobillərin qarşısına çıxmağa cəhd edirlər.
Avtomobili yaşayış evlərinin qarşısı ilə sürərək vaxt qazanmağa çalışan sürücülər əsas hərəkət zolağına çıxa bilmədiklərindən təhlükəli vəziyyət yaradıblar.
#Bakı-Quba yolu teqi istifadə olunub
- “Kafedən qayıdanda vurub” | Sumqayıt sakinləri dəhşətli hadisəni anbaan danışdı - Baku TV
- Bakı-Quba yolunda faciəvi qəza: Körpüdə yük maşını minik avtomobili ilə toqquşdu - Baku TV CANLI
- Bakı-Quba yolunda dəhşət | Yük avtomobili minik maşınının üzərinə aşdı - Baku TV
- Bakı-Quba yolunda təhlükə: Sürücülər qəzadan necə qaçsın? - Baku TV CANLI
- Magistral yolda təhlükəsizlik məsələsi | Sürücüləri qorxudan problem həlsiz qalıb - Baku TV
