Tovuzda qadının doğuşdan sonra ölməsi ilə bağlı araşdırma başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzda gənc qadın doğuşdan sonra dünyasını dəyişib.
Yanıqlı kənd sakini 21 yaşlı Aygün Nəcəfova Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Lazımi tibbi proseslərdən sonra xəstə qeysəriyyə üsulu ilə əməliyyata götürülüb. Mama-ginekoloq olan Xatirə Quliyevanın iştirak etdiyi əməliyyat prosesi uğurlu həyata keçirilib və 2 kq 800 qram çəkidə oğlan uşağı dünyaya gəlib.
Həkim daha sonra xəstənin yaxınlarına körpə və ananın vəziyyətinin qənaətbəxş olduğunu bildirib. Bir neçə saatdan sonra təkrar əlaqə zamanı isə artıq gənc ananın dünyasını dəyişməsi barədə ailəyə məlumat verilib.
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, iyunun 14-də saat 22:00 radələrində qeysəriyyə kəsiyi əməliyyatı fəsadsız baş tutub. İyunun 15-də təkrar analiz nəticələrində dəyişikliklər aşkar olunub və ona HELLP sindromu diaqnozu qoyulub. Aparılan adekvat tədbirlərə baxmayaraq, qadında ağciyər, ürək çatışmazlığı baş verib və bioloji ölüm qeydə alınıb.
Aygün Nəcəfovanın dünyaya gətirdiyi körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
#Tovuz teqi istifadə olunub
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI
- Tovuzda şübhəli ölüm: "Qapını bağlayıb, çimməyə girib" | Hadisənin əsl səbəbi nədir? - Baku TV
- Siniflər birləşdirildi, yüksək bal toplayan müəllim niyə kənarda qaldı? - Baku TV CANLI
