Pleyeri seçin:

Türkiyəli və azərbaycanlı alpinistlər Haçadağda Xocalı qurbanlarını yad etdi

26 fevral 2024 272 baxış

Türkiyəli alpinistlər Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsini Haçadağın zirvəsində anıblar.

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq təşkil olunan yürüş səhər saatlarında Culfa rayonu Gal kəndindən start götürüb və iştirakçılar zirvəyə qədər olan 9 kilometr məsafə qət ediblər.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Turizm Departamenti və Naxçıvan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təşkil olunan yürüşə qardaş ölkənin İstanbul, Antalya, Qars, Ağrı, Elazığ, İğdır bölgələrindən gələn aralarında peşəkar, həvəskar alpinistlər olmaqla 40 nəfər, eləcə də 10 nəfər yerli ekstrimsevər qatılıb.

Çətin relyefdə iştirakçıların təhlükəsizliyinin təmin edilməsi və mövcud risklərin idarə olunması məqsədilə aidiyyəti dövlət qurumlarının əməkdaşları da aksiyaya cəlb ediliblər.

İştirakçılar tərəfindən 2 415 metr yüksəklikdə – Haçadağın zirvəsində Xocalı faciəsi qurbanları və 44 günlük Vətən müharibəsinin şəhidləri yad edilib, hər iki ölkənin Dövlət himni ifa olunaraq Azərbaycan-Türkiyə qardaşlığı və Xocalı soyqırımına aid şüarlar səsləndirilib.

Yürüş başa çatdıqdan sonra alpinistlərə təşəkkürnamə təqdim olunub.

Banner
Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV

Baku TV-nin çəkdiyi yol problemi aradan qaldırıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 272 baxış
Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV

Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 272 baxış
"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

Cəmiyyət
28 oktyabr 2026 272 baxış
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 272 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 272 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 272 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 272 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 272 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 272 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 272 baxış
Seçilmişlər
icon