Ukraynada həlak olan həmyerlimizin yoldaşı: Həmişə mənə Azərbaycandan danışardı...
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada gedən müharibə zamanı həlak olan soydaşlarımızdan biri Novruzov Elvin İlqar oğluna “Qəhraman” adı verilməsi üçün Prezident Volodimir Zelenskiyə edilmiş müraciət uğurlu alınıb.
Ukrayna Prezidentinin rəsmi saytında elan olunan petisiyanın qəbul olunması üçün nəzərdə tutulan 25 min səs vaxtından əvvəl toplanıb. Məlumata görə, lazımi səslərin toplanmasında həmyerlilərimiz də fəal iştirak ediblər.
E.Novruzovun həyat yoldaşı Sofiya Novruzova Baku TV-yə açıqlama verib.
O qeyd edib ki, həyat yoldaşı “Ukrayna Qəhrəmanı” adına layiqdir: “Elvin könüllü olaraq müharibəyə getdi. O, çox güclü idi və istənilən vəziyyətdən çıxa bilirdi. Döyüş zonasında hər kəs onu cəsur döyüşçü kimi tanıyırdı. Dekabrın 31-i səhər saatlarında Elvin zəng etdi, 3-4 dəqiqə danışdıq. Axşam saatlarında isə əlaqəmiz kəsildi. 3 ay itkin düşən Elvini hərbi bileti və döş nişanı ilə tanıdılar. Aprelin 3-də isə o dəfn edildi. Mən hökumətdən ona ən yüksək mükafat gözləyirəm, çünki o, böyük töhfə verib. Düşünürəm ki, o, “Ukrayna Qəhrəmanı” adına layiq idi”.
Qeyd edək ki, Elvin Novruzov 2023-cü ilin əvvəlində Baxmut şəhəri ətrafında gedən döyüşlərdə həlak olub. O, əslən Azərbaycanın Biləsuvar rayonundan olsa da, Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluş şəhərində doğulub.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
