Pleyeri seçin:

Uşaqlara kişilər baxacaq? - "Azərbaycanda atalara ödənişli məzuniyyət verilməsi…"

27 may 2025 801 baxış

Atalara ödənişli məzuniyyət verilməsi ədalətli və ailədaxili razılaşma baxımından faydalı yanaşmadır. Amma ənənəvi kişi mərkəzli cəmiyyətimizdə bu hüquqdan geniş istifadə olunacağı hələ ki real görünmür.

Bu fikirləri Axar.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev atalara 14 günlük ödənişli məzuniyyət hüququnun qanunvericiliyə təklif edilməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əvvəllər bu cür məzuniyyət yalnız analara şamil olunurdu, lakin qanuna ediləcək dəyişikliklərlə bu hüququ ataların da qazanması nəzərdə tutulur:

“Əgər ailədə elə bir razılaşma varsa ki, ana işləməyə davam etsin, ata isə məzuniyyətə çıxsın, bu halda ataya da ödənişli məzuniyyətin verilməsi tam ədalətlidir. Bu, həm də uşağın böyüməsində atanın daha fəal iştirakı baxımından müsbət addımdır”.

Bununla belə, sosioloq hesab edir ki, mövcud ənənəvi dəyərlər sistemi bu dəyişikliklərin geniş tətbiqini məhdudlaşdıra bilər:

“Bizim cəmiyyət kişi mərkəzlidir. Əmək bölgüsü də belə formalaşıb: kişilər daha çox çöl işi ilə, qadınlar isə ev və uşaq baxımı ilə məşğul olur. Uşağa qulluq məsələsində isə ana emosional və fiziki baxımdan daha uyğun tərəf sayılır”.

Üzeyir Şəfiyev əlavə edib ki, Avropa təcrübəsində belə hallarda ataların ödənişli məzuniyyətə çıxması artıq geniş yayılıb, lakin Azərbaycanda bu praktikanın yaxın dövrdə geniş tətbiq olunacağı gözlənilmir:

“Baxmayaraq ki, bu, hüquq qanunvericilikdə tanınacaq, real həyatda bundan istifadə edən kişi sayı çox az olacaq. Amma elə situasiyalar da var ki, orada məhz atanın məzuniyyətə çıxması vacib olur. Bu baxımdan qanunvericiliyin bu cür dəyişməsi müsbət və məntiqli addımdır”.

Psixoloq valideynlərin pulunu mənimsəyib? | Özəl bağçada dələduzluq iddiası - Baku TV

Psixoloq valideynlərin pulunu mənimsəyib? | Özəl bağçada dələduzluq iddiası - Baku TV

Cəmiyyət
04 oktyabr 2026 801 baxış
Lənkəranda yol problemi | Biləsər kəndinin sakinlərinin narazılığı nə vaxt həll olunacaq? - Baku TV

Lənkəranda yol problemi | Biləsər kəndinin sakinlərinin narazılığı nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
04 oktyabr 2026 801 baxış
Gəncənin 21 yaşlı ilk mülki şəhidi | "Raket düşəndə hiss etdim ki, ona nə isə oldu" - Baku TV

Gəncənin 21 yaşlı ilk mülki şəhidi | "Raket düşəndə hiss etdim ki, ona nə isə oldu" - Baku TV

Cəmiyyət
04 oktyabr 2026 801 baxış
Tibb Universitetində ənənəvi görüş | Bu il 347 gənc ali məktəbə qəbul olub - Baku TV

Tibb Universitetində ənənəvi görüş | Bu il 347 gənc ali məktəbə qəbul olub - Baku TV

Cəmiyyət
04 oktyabr 2026 801 baxış
"Oğluma dedim ki, əsir düşmək ehtimalın olsa..."  | Şəhid müəllimin şərəfli həyat yolu - Baku TV

"Oğluma dedim ki, əsir düşmək ehtimalın olsa..." | Şəhid müəllimin şərəfli həyat yolu - Baku TV

Cəmiyyət
04 oktyabr 2026 801 baxış
Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV

Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV

Cəmiyyət
04 oktyabr 2026 801 baxış
Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV CANLI

Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
04 oktyabr 2026 801 baxış
Uzunömürlülüyün arxasında hansı sağlamlıq riskləri dayanır? - Baku TV

Uzunömürlülüyün arxasında hansı sağlamlıq riskləri dayanır? - Baku TV

Cəmiyyət
04 oktyabr 2026 801 baxış
Süni intellekt vasitəsilə gizli təlimatlar verilir | İşə qəbulda hansı çətinlik ola bilər? - Baku TV

Süni intellekt vasitəsilə gizli təlimatlar verilir | İşə qəbulda hansı çətinlik ola bilər? - Baku TV

Cəmiyyət
04 oktyabr 2026 801 baxış
Qoşa Qala meydanında avtomobillər üçün hərəkət qaydası dəyişir - Baku TV

Qoşa Qala meydanında avtomobillər üçün hərəkət qaydası dəyişir - Baku TV

Cəmiyyət
04 oktyabr 2026 801 baxış
Seçilmişlər
icon