Qoşa Qala meydanında avtomobillər üçün hərəkət qaydası dəyişir - Baku TV
İçərişəhərdə nəqliyyatın hərəkət sxemində dəyişiklik olunacaq. Yeni qaydalar oktyabrın 15-dən qüvvəyə minəcək.
Həmin tarixdən Qoşa Qala meydanında avtomobillərin hərəkəti tamamilə qadağan olunacaq. Meydan geniş piyada ərazisinə çevriləcək.
Bundan başqa, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindən Böyük Qala küçəsi istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu istiqamətdə avtomobillər Mirzə Ələkbər Sabir küçəsinə yönləndiriləcək.
Qoruqda yaşayan sakinlərin gediş-gəlişini asanlaşdırmaq üçün Səftər Quliyev, Qüllə və Böyük Qala küçələrində yaşayanlara aid avtomobillərin əraziyə girişi Səftər Quliyev küçəsindən təşkil olunacaq.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi sakinlərdən oktyabrın 15-dən qoruğa daxil olarkən Səftər Quliyev küçəsindəki girişdən istifadə etmələrini xahiş edib.
Bildirilib ki, yeni sxem həm nəqliyyat axınının tənzimlənməsinə, həm də Qoşa Qala meydanında təhlükəsiz piyada məkanının yaradılmasına xidmət edəcək.
#İçərişəhər teqi istifadə olunub
- İçərişəhərdəki məscidlərin bilmədiyiniz keçmişi | Qədim küçələrdə gizlənən sirlər - AMİN
- Şanlıurfanın zəngin tarixi və mədəniyyəti Bakıda xüsusi proqramla təqdim olunur - Baku TV
- İçərişəhərdə Şanlıurfa Mədəniyyət Günləri başlayıb - Baku TV
- İçərişəhərdə biabırçı mənzərə: tariximizə kim qəsd edir? - AKTUAL GÜNDƏM
- İçərişəhərdə utancverici mənzərə | Sosial şəbəkələrdə etiraz doğuran problem - Baku TV
