Vahid tələbə kartındakı güzəştlər niyə tələbələrin işinə yaramır?
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddət əvvvəl tələbələrin istifadəsinə verilən vahid tələbə kartı vasitəsilə bakalavr, magistrant və doktorantlar üçün müəyyən güzəşt və imtiyazlar nəzərdə tutulub. Lakin tələbələrin əksəriyyəti endirimlərin onları qane etmədiyini bildirərək, mağaza və restoranlar əvəzinə, ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını daha məqsədəuyğun hesab edirlər.
“Metro, avtobus üçün endirim yoxdur. Demək olar ki, tələbə kartından istifadə edə bilmirəm. Endirimlər olacaq deyə verilmişdi, amma olmadı”, – Baku TV-nin mövzu ilə bağlı keçirdiyi sorğu zamanı tələbə deyib.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, beynəlxaq təcrübədə bu kimi kartlar vasitəsilə tələbələrin büdcəsinə qənaət məqsədilə ilk olaraq ictimai nəqliyyatdan istifadədə güzəştlər tətbiq olunur.
“Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, tələbələrə verilən kartlar onların sosial vəziyyətinin yaxşılaşmasına öz təsirini göstərir. Ən vacib dəstək yeraltı və yerüstü nəqliyyat vasitələrindən istifadə zamanı tələbələrə edilən güzəştlər olmalıdır. Qardaş ölkə Türkiyədə, Cənubi Koreyada, Sinqapurda tələbələrə bu istiqamətdə güzəştlər edilir”, – deyə K.Əsədov bildirib.
#Vahid tələbə kartı teqi istifadə olunub
- Tələbələrə nəqliyyatda yeni güzəşt | Xərclərin bir hissəsi geri qaytarılacaq? - Baku TV
- Vahid tələbə kartı ilə bağlı yenilik | Təhsilin İnkişafı Fondunun sədri danışdı
- Tələbələr hansı sahələrdə endirimlərdən yararlanmaq istəyir? | Hansı imtiyazlar veriləcək?
- Azərbaycanda tələbələrlə bağlı yenilik | Detallar açıqlandı
