Pleyeri seçin:
Vasif Talıbov daha bir vəzifəsini itirdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov Yeni Azərbaycan Partiyasının Naxçıvan təşkilatının sədrliyindən də çıxarılıb.
Bu barədə rəsmi açıqlama verilməsə də, Yeni Azərbaycan Partiyasının internet səhifəsində Naxçıvan təşkilatı ilə bağlı bölümdə sədr vəzifəsi boş göstərilib. Vasif Talıbovun sədr postunu itirməsi ilə bağlı yaxın günlərdə partiyadan rəsmi açıqlama veriləcəyi ehtimal olunur.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının Naxçıvan təşkilatı 1995-ci ildə təsis edilib. Elə həmin ildən də Vasif Talıbov təşkilata sədrlik edirdi.
Kopyalandı
#Vasif Talıbov teqi istifadə olunub
