Vətən müharibəsi xalqımızın nə qədər qüdrətli olduğunu sübut elədi
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsindəki tarixi zəfərdən sonra azad edilən ərazilərdə ilk Novruz tonqalını Prezident İlham Əliyev Şuşada, Cıdır düzündə alovlandırdı.
2022-ci ildə Novruz tonqalı Suqovuşanda və bu dəfə – 2023-cü ildə Talışda qalandı. Beləliklə, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır. Bu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli, müasir və müstəqil Azərbaycandır.
Strateji təyinatlı Suqovuşan və Talış istiqamətindəki Tərtər döyüşləri, o cümlədən hərbi dərsliklərdə öyrənilən Şuşa döyüşləri Vətən müharibəsinin taleyini həll etməklə tarixi zəfəri şəkilləndirib.
Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib. Azad edilən ərazilərə Böyük Qayıdış başlayıb. Bu, Azərbaycanın çoxşaxəli siyasətinin bariz nümunəsidir.
#Vətən müharibəsi teqi istifadə olunub
- “Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV
- Qubadlı əməliyyatının az bilinən detalları - QARABAĞ XRONİKASI
- Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- “1 yaşında qurban kəsəcəkdim” | Gəncəyə ən ağır raket hücumu | “Bir gecənin içində 5 şəhidimiz oldu”
