“Vətən üçün həmişə hazırıq!” | Şəhid atalarından qürurlandıran sözlər
Yeniliklərdən dərhal xəbərdar olun
İkinci Qarabağ müharibəsinin başlanmasının ildönümü olan Anım Günündə bütün ölkə ərazisində şəhidlərin xatirəsi yad edilir. Baku TV bu əlamətdar gündə övladlarının məzarlarını ziyarət edən şəhid atalarından müsahibələr alıb. Atalar, övladlarının qəhrəmanlığı sayəsində 30 ildən artıq düşmən tapdağı altında olan torpaqların azad edildiyini böyük qürur hissi ilə qeyd ediblər.
Bir şəhid atası bildirib ki, ürəklərindəki ağrıya baxmayaraq, şəhidləri qürurla anırlar. Digər bir ata isə şəhidlərin hərb tarixində dərs keçən igidlər olduğunu vurğulayaraq, onların bütün dünyaya Azərbaycan xalqının kimliyini sübut etdiyini söyləyib. O, sözlərini belə yekunlaşdırıb: “Əgər yenə də Vətən dara düşərsə, biz həmişə hazırıq!” Bu sözlər Azərbaycan xalqının Vətənə bağlılığını, qətiyyətini və şəhidlərin ruhuna olan sonsuz hörmətini əks etdirir.
#İkinci Qarabağ müharibəsi teqi istifadə olunub
- "İyulda qayıda bilərdi, amma...” | Televiziyanın sakit əməkdaşı cəbhədə necə qəhrəmana çevrildi?
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Qələbə qazanmaq və sülhə nail olmaq | Azərbaycanın nümunəvi yolu - Baku TV
- İlham Əliyev: "Biz özümüzü müdafiə etdik, düşməni məğlub etdik" - Baku TV
- Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV
