Vətəndaşlar üçün pulsuz avtobus reysləri təşkil olunur | AYNA-dan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə və istirahət mərkəzlərinə əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatl elektrik mikroavtobuslar istifadəyə verilib.
Bu mikroavtobuslar şəhərin mərkəzi hissəsində, avtomobillərin hərəkətinə məhdudiyyət qoyulan piyada yönümlü yollarda fəaliyyət göstərəcək. Xidmətdən həm yerli sakinlər, həm də turistlər istifadə edə biləcəklər. Şatl mikroavtobuslar həftə sonları və bayram günləri saat 12-00-dan 00-00-dək işləyəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov bildirib ki, layihə artıq şəhər sakinlərinin və turistlərin istifadəsinə verilib:
“Xidmət ödənişsizdir. Mikroavtobuslar iki istiqamətdə işləyir. C1 xətti Zərifə Əliyeva küçəsinin sonu istiqamətində, C2 xətti isə Sabir bağı və Əziz Əliyev küçəsinin sonunu əlaqələndirən marşrut üzrə fəaliyyət göstərir. Mikroavtobuslar 7-10 dəqiqəlik intervalla işləyəcək. Layihə hələ ki müddətsizdir. Daimi davam etdirilməsi nəzərdə tutulur”.
#Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi teqi istifadə olunub
- “70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV
- Azarkeşlər stadiona hansı metrolardan pulsuz aparılacaq? - Baku TV
- Matça gedənlər üçün vacib məlumat | Stadiona ödənişsiz avtobuslar ayrılacaq - Baku TV CANLI
- Biləcəri qəsəbəsində yoxa çıxan dayanacaq problemi | AYNA məsələyə münasibət bildirdi - Baku TV
- “Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV
