Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidləri dəfn edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsindən indiyə qədər itkin kimi qeydiyyata alınan vətəndaşlarımızın taleyinə aydınlıq gəlir.
Bakı şəhərindəki Birinci Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Adıgözəl Qasımovun meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib. Şəhidin nəşi rayonun Keymərəz kənd qəbiristanlığında dəfn olunub.
Şahlar Ağayevin meyitinin qalıqları da Xaçmaz rayonuna gətirilib. Bu igid Vətən övladı da I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmişdi. Şəhidimizin nəşi rayonun Ağçay kənd qəbiristanlığında torpağa tapşırılıb.
Nəşi Xaçmaza gətirilənlər arasında şəhidimiz Hörmət Baratov da olub. Vida mərasimindən sonra onun nəşi rayonun Nərəcan kənd qəbiristanlığında dəfn olunub.
#Birinci Qarabağ müharibəsi teqi istifadə olunub
- Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifova vəfat etdi - Baku TV
- Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib
- Birinci Qarabağ müharibəsində itkin düşmüş neçə nəfərin şəxsiyyəti müəyyənləşdirildi? - Baku TV
- Birinci Qarabağ müharibəsinin şəhidlərinin nəşi torpağa tapşırıldı - Baku TV
- Şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları torpağa tapşırılıb - Baku TV
