Xaçmazda ümummilli liderin xatirəsi anılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmaz rayonunda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisələrin kollektivləri əvvəlcə ulu öndərin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar. Daha sonra ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elnur Rzayev ulu öndər Heydər Əliyevin nəsillərə nümunə olan şərəfli ömür yolundan, müasir müstəqil Azərbaycan dövlətinin güclənməsinə xidmət edən uğurlu fəaliyyətindən geniş danışıb.
Sonda tədbir iştirakçıları ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan filmə baxıblar.
#Xaçmaz teqi istifadə olunub
- Xaçmazda evə dolan zərərvericilər sakinləri bezdirdi - Baku TV
- Qəhvəyi mərmər bağacığının kütləvi yayılması sakinləri çətin vəziyyətə salıb - Baku TV
- Xaçmazda 9 nəfərin xəsarət aldığı ağır qəzanın baş verdiyi yerdən görüntülər - Baku TV
- Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV
- "Gəl Dost Olaq" Çərpələng Festivalının iştirakçıları təəssüratlarını bölüşdü - Baku TV
