Xaçmazda Xocalı qurbanlarının xatirəsi belə anıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 32-ci ildönümünə həsr edilmiş "Xocalı - faciədən doğan intiqam" adlı tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri əvvəlcə mərkəzin foyesində Xocalı faciəsini əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
Anım tədbirində Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Xocalı soyqırımının bəşəriyyət tarixində insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, 30 il işğal altında qalan torpaqlarımızı Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə azad etməklə bərabər, Xocalı faciəsi qurbanlarının və doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin qisasını aldılar. Şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində bir çox torpaqlarımız kimi, Xocalı şəhəri də separatçılardan təmizləndi.
Tədbirin bədii hissəsində mədəniyyət işçilərinin və məktəblilərin ifasında Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirilib, vətənpərvər mahnılar ifa edilib. Həmçinin ədəbi-bədii kompozisiya və şanlı Zəfərimizi özündə əks etdirən videoçarxlar təqdim olunub.
#Xocalı soyqırımı teqi istifadə olunub
- Xocalı soyqırımının səbəbkarlarından olan Zori Balayan öldü - Baku TV
- Tbilisidə Xocalı soyqırımının qurbanları anılıb - Baku TV
- Xocalı soyqırımının qurbanlarının xatirəsi yad edildi - Baku TV
- Xocalıda soyqırımı qurbanlarının xatirəsinə fləş-mob keçirildi
- Dünya ictimaiyyəti qarşısında tarixi ədalət - Baku TV
