Pleyeri seçin:

Xalq artistinin məhkəməsində insident yaşandı | Vəkillərin sualları aranı bir-birinə qatdı

03 dekabr 2024 392 baxış

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.

Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Xalq artisti sərbəst ifadə verib.

O, ifadəsində qeyd edib ki, həmin gün xəstəliyi ilə əlaqədar kəskin ağrıları olub. Bu səbəbdən yaxınlıqdakı klinikanın mühafizəçisindən yardım istəyib. Xalq artistinin sözlərinə görə, bu zaman mühafizəçi ona kobud cavab verib. “Sən kimsən qışqırırsan, özünü kim hesab edirsən?” kimi vulqar ifadələr işlədib. Bununla yanaşı, hətta şəxsiyyətinə toxunan təhqiramiz ifadələr işlətdiyini də bildirib.

Bundan sonra Ağadadaş Ağayev həyətə düşərək mühafizəçiyə iradını bildirmək istəyəndə onun əlindəki dəmir parçası ilə Xalq artistinə tərəf gəldiyini görüb. Özünümüdafiə məqsədilə həyətində istifadə etdiyi balta gözünə dəyib. Ağadadaş Ağayev baltanı götürərək Nurəddin Cəlilova tərəf atıb. Balta isə mühafizəçiyə yox, orada çalışan xadimə Nəzakət Paşayevaya dəyib.

Xalq artisti ifadəsində deyib ki, onlar əlbəyaxa olduqdan sonra aldığı zərbələrdən müvazinətini itirərək yerə yıxılıb. Daha sonra hadisə yerinə yaxınlaşan taksi sürücüsünün köməyi ilə evə aparılıb.

Prokurorun “Törətdiyiniz əmələ münasibətiniz necədir” sualına Ağadadaş Ağayev “çox pis”, günahkar kimi yox, bir insan kimi peşman olduğunu deyib.

Qarşı tərəfin vəkillərinin suallarını Xalq artisti aqressiv qarşılayıb. Bu səbəbdən zərərçəkənin müdafiəçisi məhkəmə sədrinə bu barədə şifahi şikayət edərək Xalq artistinin onun hüquqlarını pozduğunu deyib. Hakim hər iki tərəfi nəzakətli olmağa, məhkəmə qanunlarına riayət etməyə çağırıb.

Zərərçəkən Nəzakət Paşayevanın vəkili Gülşən Salmanova vəsatət qaldıraraq Ağadadaş Ağayevin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyət olduğundan həmin ifadənin məhkəmədə elan edilməsini istəyib. Vəsatət qəbul olunaraq Xalq artistinin ifadəsi prosesdə elan edilib. Məhkəmənin növbəti iclası dekabrın 17-nə təyin olunub.

Qeyd edək ki, müğənni ilə mühafizəçinin hər ikisinə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq), 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. Onlar bu maddə ilə təqsirli bilindikləri halda 2 ildən 5 ilə kimi azadlıqdan məhrum olunacaqlar. 

Banner
Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 392 baxış
Yol nişanları milliləşdirilməlidir?

Yol nişanları milliləşdirilməlidir?

Cəmiyyət
02 noyabr 2026 392 baxış
“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

Cəmiyyət
02 noyabr 2026 392 baxış
"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 392 baxış
"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

Cəmiyyət
02 noyabr 2026 392 baxış
Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 392 baxış
"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
01 noyabr 2026 392 baxış
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

Cəmiyyət
01 noyabr 2026 392 baxış
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
01 noyabr 2026 392 baxış
"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

Cəmiyyət
01 noyabr 2026 392 baxış
Seçilmişlər
icon