Pleyeri seçin:

Xalq artistinin Xaçmazdakı evində nə baş verib? | Tükürpərdici hadisənin detalları

23 may 2025 720 baxış

Xalq artisti Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmayılov həbs olunub.

“Qaynarinfo”nun məlumatına görə, o, Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Naibə Allahverdiyevanın hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında saxlanılıb.

Keçmiş həyat yoldaşı Naibə Allahverdiyevaya qarşı zor tətbiq etməkdə ittiham olunub. Məlumata görə, hadisə Xaçmaz rayonunun Turist kəndində yerləşən, Xalq artistinə məxsus evdə baş verib.

Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.

Məhkəmə araşdırmaları zamanı məlum olub ki, cari ilin mayın 5-də cütlük evdə təmir-bərpa işləri aparmaq məqsədilə birlikdə Bakıdan Xaçmaza gedib. Orada aralarında mübahisə yaranıb.

Naibə Allahverdiyeva ifadəsində bildirib ki, mübahisə keçmiş ərinin işləməkdən imtina etməsi və evdən getmək istəməsi ilə başlayıb. Daha sonra Yusif onu əvvəlcə şillə ilə vurub, sonra isə saçından və yaxasından dartaraq itələyib. Nəticədə, aktrisanın üzü qapıya çırpılıb və xəsarət alıb.

Təqsirləndirilən şəxs isə mayın 9-u axşam saatlarında Bakı şəhərinə qayıtmaq istəyərkən zərərçəkmiş şəxs ilə aralarında mübahisə düşdüyünü deyib. O, Naibə Allahverdiyevaya əl qaldırmadığını və onu qəsdən vurmadığını bildirib.

Məhkəmənin qərarı ilə Yusif İsmayılov İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 15 gün müddətinə həbs edilib.

“Uşaq peşəkardan 10 dəfə çox qazanır” | Kənan Yusifov ailəsini itirdiyini niyə gizlədib? - QAPQARA

“Uşaq peşəkardan 10 dəfə çox qazanır” | Kənan Yusifov ailəsini itirdiyini niyə gizlədib? - QAPQARA

Cəmiyyət
10 avqust 2026 720 baxış
Bu avtomobil sınaqda 30 min km dayanmadan gedəcək - Baku TV

Bu avtomobil sınaqda 30 min km dayanmadan gedəcək - Baku TV

Cəmiyyət
10 avqust 2026 720 baxış
Dövlət qurumlarına edilən kiberhücumlara qarşı hansı tədbirlər görülür? - Baku TV

Dövlət qurumlarına edilən kiberhücumlara qarşı hansı tədbirlər görülür? - Baku TV

Cəmiyyət
10 avqust 2026 720 baxış
"Ən pis yer-yurd buradır, səsimizi çatdırın!" | Əhali imdad dilədi | "Xəstəxanalıq oluruq" - Baku TV

"Ən pis yer-yurd buradır, səsimizi çatdırın!" | Əhali imdad dilədi | "Xəstəxanalıq oluruq" - Baku TV

Cəmiyyət
10 avqust 2026 720 baxış
"Ən aşağı bal yığan tələbəni də qəbul edirlər" | 150 ballıq ixtisaslar niyə artırıldı? - Baku TV

"Ən aşağı bal yığan tələbəni də qəbul edirlər" | 150 ballıq ixtisaslar niyə artırıldı? - Baku TV

Cəmiyyət
10 avqust 2026 720 baxış
"Gecələr çox olur, anidən çıxır..." | Ödənişli yol niyə ölüm saçır? - Baku TV

"Gecələr çox olur, anidən çıxır..." | Ödənişli yol niyə ölüm saçır? - Baku TV

Cəmiyyət
10 avqust 2026 720 baxış
Hava tətil planı quranları məyus edəcək? - Baku TV CANLI

Hava tətil planı quranları məyus edəcək? - Baku TV CANLI

Cəmiyyət
10 avqust 2026 720 baxış
“Qol-qıçları qırılır, “skoru” gəlmir” - Əhali narazıdır | “Qurumlar deyir ki, pul yoxdur” - Baku TV

“Qol-qıçları qırılır, “skoru” gəlmir” - Əhali narazıdır | “Qurumlar deyir ki, pul yoxdur” - Baku TV

Cəmiyyət
10 avqust 2026 720 baxış
Hansı ixtisaslarda təhsil haqqı azaldıldı? | Abituriyentlərin nəzərinə - Baku TV

Hansı ixtisaslarda təhsil haqqı azaldıldı? | Abituriyentlərin nəzərinə - Baku TV

Cəmiyyət
10 avqust 2026 720 baxış
“Allaha and olsun, dizəcən sudur” | Problem üstünə problem | “Qonşuya yalvarıram ki...” - Baku TV

“Allaha and olsun, dizəcən sudur” | Problem üstünə problem | “Qonşuya yalvarıram ki...” - Baku TV

Cəmiyyət
10 avqust 2026 720 baxış
Seçilmişlər
icon