Pleyeri seçin:

“Zəng vurdular ki, bu nə söhbətdir?!” | Naibə Allahverdiyevanın başına görün nə gəldi - Baku TV

14 iyul 2026

Kiberdələduzlar artıq tanınmış şəxslərin səslərini süni intellekt vasitəsilə təqlid edərək onların yaxınlarına saxta mesajlar göndərirlər. Məqsəd isə insanları aldadaraq bank kartı məlumatlarını və pul vəsaitlərini ələ keçirməkdir.

Belə kiberdələduzluq cəhdi ilə Xalq artisti Naibə Allahverdiyeva da qarşılaşıb. Naməlum şəxslər aktrisanın səsini süni intellekt vasitəsilə klonlayaraq onun adından sənət dostlarına və tanışlarına səsli mesajlar göndəriblər.

“Dostlarım mənə zəng edib bildirdilər ki, guya mən onlardan kart məlumatlarını istəmişəm, hətta öz səsimlə səsli mesaj da göndərmişəm. Mən isə heç kimə belə bir müraciət etməmişəm. Mənim adımdan və səsimdən istifadə ediblər. Səsi süni intellekt vasitəsilə hazırlayıblar”, – deyə o bildirib.

Dələduzlar inandırıcılığı artırmaq üçün aktrisanın illər əvvəl xəstəxanada çəkilmiş fotosundan da istifadə ediblər. Onun guya yeni əməliyyatdan çıxdığını bildirərək mağazalar şəbəkəsindən pul mükafatı qazandığı barədə saxta məlumat veriblər. Daha sonra həmin “mükafat”ın əldə olunması üçün dostlarının kart nömrələrinin və digər bank məlumatlarının göndərilməsini istəyiblər.

Kibertəhlükəsizlik üzrə mütəxəssislər bildirirlər ki, hazırkı süni intellekt alətləri vasitəsilə insan səsini klonlamaq olduqca asanlaşıb. Tanımadığınız nömrədən gələn zəng zamanı verilən suallara cavablarınız yazıla və həmin səs parçaları sonradan süni intellekt platformalarında istifadə edilə bilər.

Mütəxəssislərin sözlərinə görə, belə hallarda yalnız səsin tanış gəlməsinə və ya zəng edən nömrəyə güvənmək olmaz. Mesajın məzmununa diqqət yetirmək, pul və ya kart məlumatı tələbinin həmin şəxs üçün xarakterik olub-olmadığını müəyyənləşdirmək lazımdır. Şübhəli müraciət daxil olduqda həmin şəxslə başqa əlaqə vasitəsilə birbaşa danışmaq tövsiyə edilir.

İşə qəbul üçün imtahanda iştirak edən müəllimlərlə bağlı vacib açıqlamalar - Baku TV

İşə qəbul üçün imtahanda iştirak edən müəllimlərlə bağlı vacib açıqlamalar - Baku TV

Cəmiyyət
14 iyul 2026
"Müxtəlif biliklər əldə edirik" | Şamaxıda "Yay Fest 2026" layihəsinə start verildi - Baku TV

"Müxtəlif biliklər əldə edirik" | Şamaxıda "Yay Fest 2026" layihəsinə start verildi - Baku TV

Cəmiyyət
14 iyul 2026
"Su ehtiyatımız yoxdur" | Sakinlər su xəttində yaranan problemlərdən təngə gəliblər - Baku TV

"Su ehtiyatımız yoxdur" | Sakinlər su xəttində yaranan problemlərdən təngə gəliblər - Baku TV

Cəmiyyət
14 iyul 2026
Parlamentdə müzakirə: Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV

Parlamentdə müzakirə: Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV

Cəmiyyət
14 iyul 2026
"Adam indi yandırmağa da qorxur" | Əhali təşvişdə | "Gecə səs gəlir, narahat edirlər bizi" - Baku TV

"Adam indi yandırmağa da qorxur" | Əhali təşvişdə | "Gecə səs gəlir, narahat edirlər bizi" - Baku TV

Cəmiyyət
13 iyul 2026
"Bir də doğulsam, evlənmərəm" | Dubayda şirkəti olan pakistanlı bəy niyə evlənəndə işsiz qaldı?

"Bir də doğulsam, evlənmərəm" | Dubayda şirkəti olan pakistanlı bəy niyə evlənəndə işsiz qaldı?

Cəmiyyət
13 iyul 2026
Kirayə mənzil elanı sakinlərdə hiddət doğurdu | "Elə ehtiyacı olan onlardır da..." - Baku TV

Kirayə mənzil elanı sakinlərdə hiddət doğurdu | "Elə ehtiyacı olan onlardır da..." - Baku TV

Cəmiyyət
13 iyul 2026
“Uşaqlarımızın aqibəti necə olacaq?” | Bağça barədə narazılıq | “Azı 100 körpə var...” - Baku TV

“Uşaqlarımızın aqibəti necə olacaq?” | Bağça barədə narazılıq | “Azı 100 körpə var...” - Baku TV

Cəmiyyət
13 iyul 2026
Mütəxəssisdən mühüm tövsiyələr

Mütəxəssisdən mühüm tövsiyələr

Cəmiyyət
13 iyul 2026
Polineziya və Azərbaycan rəqqasları birgə mədəni layihələr reallaşdırıblar - Baku TV

Polineziya və Azərbaycan rəqqasları birgə mədəni layihələr reallaşdırıblar - Baku TV

Cəmiyyət
13 iyul 2026
Seçilmişlər
icon