İnkişaf edən süni intellekt gələcəkdə ən təhlükəli kiber hücum vasitəsi hesab olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Süni intellektin köməyi ilə özünü çoxaldaraq bir cihazdan digərinə yayılan kompüter virusları gələcəyin ciddi kibertəhlükələrindən birinə çevrilə bilər.
“Anthropic” şirkətinin tədqiqatçıları internetə qoşulan televizorlar arasında yayıla bilən süni intellekt əsaslı virusun sınaq nümunəsini hazırlayıblar.
Araşdırma zamanı proqramın 15 Android TV qurğusunun hesablama imkanlarından istifadə etməsi nümayiş etdirilib.
Belə texnologiyalar gələcəkdə ağıllı televizorlar, təhlükəsizlik kameraları və digər internetə qoşulan cihazlardakı boşluqlardan yararlanaraq yayıla bilər.
Ənənəvi viruslardan fərqli olaraq, süni intellektlə təchiz edilmiş zərərli proqramlar müxtəlif cihazlara uyğunlaşmaq və yeni yayılma yolları tapmaq potensialına malikdir. Bu isə onların aşkarlanmasını və qarşısının alınmasını çətinləşdirə bilər.
Bununla belə, mütəxəssislər qeyd edirlər ki, sınaq nümunəsinin yayılma sürəti aşağı olub və belə virusların genişmiqyaslı hücumlarda effektiv istifadəsi hələ tam sübut edilməyib.
Tədqiqatçılar istifadəçilərə cihazların proqram təminatını mütəmadi yeniləməyi, standart parolları dəyişməyi və internetə qoşulan qurğuların təhlükəsizliyinə diqqət yetirməyi tövsiyə edirlər.
#Süni intellekt teqi istifadə olunub
- Superintellekt həyatın bütün sahələrini dəyişə bilər
- Süni intellektdən istifadə edənlər gündə 90 dəqiqə daha çox işləyir
- Orbitdəki peykdə hazırlanan ilk tam cavab Yerə ötürülüb
- Rusiyada yazıçının düşüncə tərzini canlandıran layihə hazırlanır
- Süni intellekt proqram təminatındakı təhlükəli boşluqları aşkar edir
