Siyasət
Pleyeri seçin:

Xankəndini ermənilərdən, Lənkəranı separatçılardan təmizləyən irəvanlı general

27 aprel 2024

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Budəfəki veriliş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Milli Ordusunun ilk Baş Qərargah rəisi, general-mayor Həbib bəy Səlimova həsr olunub.

Bildirilib ki, Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvan şəhərində anadan olub. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında alıb. 1900-cü il avqust ayının 12-də orduya könüllü yazılıb. Həbib bəy indiki Gəncə süvari alayında 1 il 2 ay xidmət edərək unter-zabit rütbəsi alıb.

1902-ci ildə Tiflisdə süvari məktəbini bitirəndən sonra Üçüncü Qafqaz Atıcı Batalyonunda xidmətə başlayıb. O, AXC-nin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə 1919-cu il fevralın 26-da Bakının azad edilməsindəki xidmətlərinə görə general-mayor rütbəsi ilə təltif edilib.

Həbib bəy Səlimovun əvəzsiz xidmətlərindən biri 1920-ci ilin mart-aprel aylarında uğurla keçirilmiş Qarabağ əməliyyatıdır. Həmin əməliyyatda dövlətə xəyanət edən, silahlı qiyam qaldıran erməni-daşnak silahlı birləşmələrinə ağır zərbə vurulub, bölgədə Azərbaycanın suveren hüquqları bərpa edilib.

Mikayıl Gözəlovun qızı Şuşada duyğulu anlar yaşadı

Mikayıl Gözəlovun qızı Şuşada duyğulu anlar yaşadı

Siyasət
11 may 2024
Prezident və birinci xanımın Şuşaya səfərində səmimi anlar yaşandı

Prezident və birinci xanımın Şuşaya səfərində səmimi anlar yaşandı

Siyasət
11 may 2024
Natəvanın heykəli bərpa olundu | Leyla Abdullayeva açılışda nələr dedi?

Natəvanın heykəli bərpa olundu | Leyla Abdullayeva açılışda nələr dedi?

Siyasət
11 may 2024
DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı xəbərdarlıq

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı xəbərdarlıq

Siyasət
11 may 2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər

İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər

Siyasət
11 may 2024
Rusiya sülhməramlıları Qarabağı tərk edir | Anbaan görüntülər

Rusiya sülhməramlıları Qarabağı tərk edir | Anbaan görüntülər

Siyasət
11 may 2024
XİN rəhbərlərinin görüşünün birinci raundu başa çatdı

XİN rəhbərlərinin görüşünün birinci raundu başa çatdı

Siyasət
11 may 2024
Erməni vandallığını nə biz unudacağıq, nə də dünya unudacaq | İlham Əliyev

Erməni vandallığını nə biz unudacağıq, nə də dünya unudacaq | İlham Əliyev

Siyasət
11 may 2024
O silahların kritik həddə çatmasını görsək, onda... | Prezident

O silahların kritik həddə çatmasını görsək, onda... | Prezident

Siyasət
11 may 2024
Onlar bu torpaqları ermənilərə vəd vermişdilər | İlham Əliyev

Onlar bu torpaqları ermənilərə vəd vermişdilər | İlham Əliyev

Siyasət
11 may 2024
Seçilmişlər
icon