Erməni vandallığını nə biz unudacağıq, nə də dünya unudacaq | İlham Əliyev
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənilər Şuşanı viran qoyub, onu erməniləşdirməyə çalışıblar”.
Bu sözləri Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.
“Bu gün Aşağı Gövhər Ağa məscidinin təmiri ilə tanış olarkən orada içəridəki sütunların birində xaç gördüm. Məsciddə xaç ola bilər? Buna göz yumanlar, bu gün bizi hansısa cinayətlərdə, yaxud da ki, əməllərdə ittiham edənlər bunu görmürlərmi? Görmürlərmi ki, Ağdam məscidini tövləyə çevirmişdilər. Şuşanın 17 məscidindən 16-sını dağıdıb, birini isə başqa xalqa mənsub olan məscid kimi təqdim etməyə çalışırdılar. Biz buraya qayıdan kimi, dərhal orada aparılmış “təmiri” ləğv etdik, onu yenidən qurduq. Bütün şəhər və kəndlərimiz vandallar tərəfindən dağıdılıb. Bunu heç kim görmək istəmir. Amma hər kəs bunu görməlidir və görəcək. Çünki erməni vandallığını nə biz, nə də dünya unudacaq”, – deyə dövlət başçısı bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi
- İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR
- Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV
- Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb
- Prezident və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisində - Baku TV
