Pleyeri seçin:

Paşinyanla üz-üzə gələn erməni keşişin yalanı üzə çıxdı

10 may 2024 530 baxış

Ermənistanda hakimiyyət əleyhinə etirazların miqyası artıb.

Ölkədə çaxnaşma yaradan hadisələrin aparıcı qüvvəsi isə Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyandır.

Ermənistan mediası son günlər daha da məşhurlaşan bu şəxs barəsində bir sıra önəmli faktları açıqlayıb.

İddia olunur ki, keşiş hakimiyyətə gəlmək üçün mübarizə aparır və Robert Koçaryanla məhz bu məqsədlə görüşüb. Əks halda B.Qalstanyan onunla görüşdüyünu gizlətməzdi.

Dini lider isə açıqlama verərək Robert Koçaryanla etirazların hakimiyyət üzərində qələbə çalacağı təqdirdə baş nazir postuna namizədliyini irəli sürəcəyinə dair müzakirə aparmadığını bildirib.

“Mən Robert Koçaryanla həyatımda yalnız bir dəfə – 2001-ci ildə katolikosla Sevan yarımadasındakı Vazgenyan seminariyasına gedəndə tanış olmuşam. Cəmi bir dəfə və bu görüş beş dəqiqədən çox çəkmədi”, – deyə o bildirib.

O hətta sözügedən ittihamlara qarşı özünü haqlı çıxarmaq üçün ayağı sarıqda divanda uzandığı bir videogörüntü də yayıb.

"Mən hazırda həkim yanındayam, bura şişən ayaqlarım üçün gəlmişəm. Tezliklə yenidən meydanda olacağam”, – deyə o qeyd edib.

Lakin onun bu yalanının üstünün açılması çox da uzun çəkməyib. Çox keçmir ki, yerli media Baqrat Qalstanyanın Robert Koçaryanla görüşmək üçün yenidən hotelə getdiyini yazıb. Həkim nəzarətində olduğunu iddia edən keşişin tibb ocağı yerinə hotelə getməsi isə birmənalı qarşılanmayıb.

Bütün bunların fonunda Baqrat Qalstanyan danışıqlarını davam etdirir.

"Dünən biz deputatlarla görüşüb, onlarla müzakirə etdik ki, hansı addımlar atılacaq, hansı formada proses daha da irəli gedəcək. Onlar prosesin davam etdirilməsi və sona çatdırılması üçün hazırdırlar. Daha sonra isə baş nazirliyə namizədlik məsələsi gündəmdə olacaq və bu namizədlik ictimaiyyətə elan olunacaq”, – deyə o bildirib.

Banner
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI

Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI

Siyasət
28 oktyabr 2026 530 baxış
Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Siyasət
28 oktyabr 2026 530 baxış
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 530 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 530 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 530 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 530 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 530 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 530 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 530 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 530 baxış
Seçilmişlər
icon