XƏBƏRDARLIQ | Xəzərdə güclü fırtınaya hazır olun
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib.
Bildirilib ki, yanvarın 13-ü səhər saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi yanvarın 14-ü səhərədək davam edəcək.
Küləyin sürətinin açıq dənizdə arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 6,5 metrə çatacağı proqnozlaşdırılır.
“Bu hidrometeoroloji hadisə haqqında məlumat Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə daxil olan kimi mütəxəssislərimiz tərəfindən təhlil olunub və gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri məlumatlandırılıb. Həmçinin neft-qaz platformalarına aid olan qurumlara, lövbərdə dayanan və hərəkətdə olan gəmilərə də məlumatlar ötürülüb”, – Agentlikdən bildirilib.
#Dövlət Dəniz və Liman Agentliyi teqi istifadə olunub
- Gəmilərə xəbərdarlıq edildi | Küləkli havaya görə 6 limana giriş-çıxış məhdudlaşdırıldı - Baku TV
- Agentlik təhlükəli vəziyyətlə bağlı azərbaycanlı dənizçilərə çağırış etdi - Baku TV
- Agentlik küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq etdi
- Agentlik gəmilərə xəbərdarlıq etdi | Dənizdə dalğa gözlənilməz hündürlüyə çatacaq
- Dənizdə dalğanın hündürlüyü 5 metrə çatacaq
