Siyasət
Pleyeri seçin:

XİN təcili bəyanat yaydı

25 mart 2023

Xarici İşlər Nazirliyindən Müdafiə Nazirliyinin son bəyanatlarına dəstək gəlib.

Qeyd olunub ki, son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının intensivləşməsi, həmçinin son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni yol tikinti işlərinin aparılması qeydə alınıb.

Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və aparılmış müzakirələrə baxmayaraq, bu qanunsuzluqların qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.

Bununla yanaşı, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib.

XİN-in açıqlamasında o da qeyd olunub ki, Ermənistan tərəfinin son təxribatları Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması məqsədilə Laçın yolunun son nöqtəsində – Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir.

Milli Məclisdə növbəti plenar iclas | 21 məsələ müzakirə ediləcək

Milli Məclisdə növbəti plenar iclas | 21 məsələ müzakirə ediləcək

Siyasət
29 mart 2024
Rusiya Avropaya raket atacaq?, Zaxarovadan Ermənistana xəbərdarlıq, ABŞ NATO-dan çıxır?

Rusiya Avropaya raket atacaq?, Zaxarovadan Ermənistana xəbərdarlıq, ABŞ NATO-dan çıxır?

Siyasət
29 mart 2024
Simonyan və Sahibə Qafarova arasında keçiriləcək görüşünün tarixi açıqlandı

Simonyan və Sahibə Qafarova arasında keçiriləcək görüşünün tarixi açıqlandı

Siyasət
29 mart 2024
Ermənistanı hansı cəza gözləyir? | BAKU ANALİTİK

Ermənistanı hansı cəza gözləyir? | BAKU ANALİTİK

Siyasət
28 mart 2024
Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib

Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib

Siyasət
28 mart 2024
Azərbaycanın İrandan gözlədiyi addım | Onlar Bakıya təhvil verilir?

Azərbaycanın İrandan gözlədiyi addım | Onlar Bakıya təhvil verilir?

Siyasət
28 mart 2024
Zaxarovadan Ermənistana sərt reaksiya | Bu görüş Rusiyaya qarşıdır

Zaxarovadan Ermənistana sərt reaksiya | Bu görüş Rusiyaya qarşıdır

Siyasət
28 mart 2024
Yeni Kaledoniyada Fransaya qarşı aksiya | Bayrağımız dalğalandırıldı

Yeni Kaledoniyada Fransaya qarşı aksiya | Bayrağımız dalğalandırıldı

Siyasət
28 mart 2024
Qəzzada olanların oxşarını yaşadıq | Ərdoğandan sərt tənqid

Qəzzada olanların oxşarını yaşadıq | Ərdoğandan sərt tənqid

Siyasət
28 mart 2024
Ermənilər Qazaxda səngər qazır | Sona qədər döyüşəcəyik

Ermənilər Qazaxda səngər qazır | Sona qədər döyüşəcəyik

Siyasət
28 mart 2024
Seçilmişlər
icon