Xızıda vətəndaşlarımız köməksiz vəziyyətdə qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Xızı rayonunun Gimçi kəndinə ziyarətgaha yollanan 24 nəfər geri qayıda bilməyib.
Güclü sel səbəbindən yoldan keçmək mümkün olmadığından insanlar dağlıq ərazidə, yaşayış olmayan yerdə, avtobusun içində qalıblar.
Şəbəkə tutmadığından onlarla əlaqə yaratmaq da mümkün olmayıb. Bu barədə Baku TV-yə ziyarətgaha yollanan şəxslərdən birinin ailə üzvü məlumat verib.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən də açıqlama verilib. Qurumdan bildirilib ki, Xızıda sel səbəbindən 24 nəfər köməksiz vəziyyətdə qalıb. Nazirliyə rayonunun Ağdərə kəndində intensiv yağan yağışların əmələ gətirdiyi sel suları nəticəsində yararsız vəziyyətə düşən avtomobil yolunda avtobusda 24 nəfər sərnişinin köməksiz vəziyyətdə qalması barədə ilkin məlumat daxil olub.
Həmin vətəndaşların təxliyəsi üçün Mülki Müdafiə Qoşunları və Sumqayıt Regional Mərkəzinin qüvvələri və xüsusi texnikaları, o cümlədən ilk yardım üçün həkim briqadası cəlb olunub.
#Xızı teqi istifadə olunub
- "Xəstə olanda gözləyirik ki, ölsün, basdıraq" | Əhalinin başına oyun açan yol problemi - Baku TV
- Sitalçay kəndində sakinlər təxliyə olunur | FHN-dən açıqlama - Baku TV
- Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyinin binasında və ətraf ərazidə təmir işləri aparılacaq
- Qələbəyə aparan Zəfər yolunun 22-ci günü | Xızı rayonuna raket hücumu
- Bu rayonlar silkələndi | Seysmoloji Xidmət Mərkəzindən zəlzələ barədə təcili məlumat
