Xızıdakı partlayışda yaralanan şəxsin vəziyyəti açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 15-i Xızı rayonunun Yaşma kəndi ərazisində partlayış baş verib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, partlayışa səbəb həmin ərazidə əlvan metal toplayan Sumqayıt şəhər sakinlərinin aşkar etdikləri mərmi başlığını dəmir parçası bilərək götürməsi olub.
Hadisə nəticəsində 44 yaşlı Quliyev Xankişi Yaqub oğlu və 17 yaşlı Əbilov Rəşad Xaliq oğlu dünyasını dəyişib, 47 yaşlı Hüseynov Bəxtiyar Qoçəli oğlu isə müxtəlif xəsarətlər alıb.
TƏBİB-dən verilən məlumata görə, B.Hüseynov agentliyin tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qeyd olunub ki, ona sol budun odlu qəlpə yarası, ayaq barmağının sınığı, döş qəfəsinin açıq yarası diaqnozu qoyulub. Tibb müəssisəsinin travma şöbəsində müalicəsi davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda cinayət işi başlanılıb. İbtidai istintaq davam etdirilir.
#Xızı teqi istifadə olunub
- "Xəstə olanda gözləyirik ki, ölsün, basdıraq" | Əhalinin başına oyun açan yol problemi - Baku TV
- Sitalçay kəndində sakinlər təxliyə olunur | FHN-dən açıqlama - Baku TV
- Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyinin binasında və ətraf ərazidə təmir işləri aparılacaq
- Qələbəyə aparan Zəfər yolunun 22-ci günü | Xızı rayonuna raket hücumu
- Bu rayonlar silkələndi | Seysmoloji Xidmət Mərkəzindən zəlzələ barədə təcili məlumat
