Xocalı faciəsindən 32 il ötür
Yeniliklərdən dərhal xəbərdar olun
Xocalı soyqırımından 32 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətinə qaçıb.
Ermənilər isə dinc sakinləri gülləbaran ediblər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər 2 valideynini, 130 uşaq isə valideynlərindən 1-ni itirib.
Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.
Azərbaycan Xocalı soyqırımının 32-ci ildönümünü artıq başını dik tutaraq yad edir. Xocalı 2023-cü ilin sentyabrında işğaldan azad edilib. Artıq bütün Azərbaycan ərazilərində, o cümlədən Xocalı şəhərində üçrəngli bayrağımız dalğalanır.
#Xocalı soyqırımı teqi istifadə olunub
- Xocalı soyqırımının səbəbkarlarından olan Zori Balayan öldü - Baku TV
- Tbilisidə Xocalı soyqırımının qurbanları anılıb - Baku TV
- Xocalı soyqırımının qurbanlarının xatirəsi yad edildi - Baku TV
- Xocalıda soyqırımı qurbanlarının xatirəsinə fləş-mob keçirildi
- Dünya ictimaiyyəti qarşısında tarixi ədalət - Baku TV
